Axar.az
Yuxarı

Axar.Az Logo

Anar Kərimov Ərkan Özoralla görüşdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 13-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, səfiri salamlayan Anar Kərimov iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından söz açaraq, Ərkan Özoralın diplomat kimi bu prosesdə fəaliyyətini xüsusi vurğulayıb.

Tarixi zəfərlə nəticələnən Vətən müharibəsində Türkiyənin ölkəmizlə həmrəyliyini diqqətə çatdıran nazir Azərbaycanın haqq işinə Türkiyə dövlətinin və xalqının hərtərəfli dəstəyinə görə minnətdarlığını ifadə edib.

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin bu yaxınlarda qardaş ölkəyə səfərini xatırladan Anar Kərimov Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində əldə edilən Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində Türkiyə ilə işbirliyi böyük əhəmiyyət kəsb edir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Ərkan Özoral diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində uğurlu inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan üçün çox önəmli bir dövrdə burada səfir qismində çalışdığını, ölkəmizin tarixi Zəfərinə şahidlik etdiyini deyib.

Azərbaycanın apardığı mübarizəyə Türkiyənin ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bildirən diplomat bunu ölkələrimiz arasındakı sarsılmaz münasibətlərin təzahürü kimi qiymətləndirib.

Ərkan Özoral bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasında əlaqələrin inkişafında fəal iştirak edəcəyini qeyd edib.

Sonda nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan Ərkan Özorala gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tarix
2021.04.13 / 23:17
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Şuşada möhtəşəm törən: Ermənilər görün nələr yazır...

Bəzi kanallar batır: savadsızlıq, süni davranış... - Millət vəkili

Saxta akademiklər, plagiatlıq və rüsvayçı tələblər

Ağadadaş Ağayev yenə əməliyyat olunacaq

Tanınmış azərbaycanlı rəssam koronadan vəfat etdi

Zəngəzurun məhv edilən 18 məscidi - Fotofakt

Heydər Əliyevlə bağlı sənədli film - Video

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Atam Heydər Əliyevə sevgisinə görə ona İlham adını verdi

İlk dəfə: "Xarıbülbül" incəsənət festivalı təşkil edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla