Yuxarı

Yazarlar “U Geni”nin təqdimatına yığışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yazarlar “U Geni”nin təqdimatına yığışdı

Tanınmış detektiv yazar Müşfiq Xanın oxucuları ilə görüşü və yeni çapdan çıxmış kitabının təqdimat mərasimi keçirilib.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Kitabevim.Az mağazasında keçirilmiş imza günündə Müşfiq Xanın qələm dostları, ziyalılar və onlarla oxucu iştirak edib. Məkanın kiçik olmasına baxmayaraq, iki saat davam edən təqdimat mərasimində oxucuların izdihamı müşahidə olundu.

Müəllif bildirib ki, təntənəli təqdimat mərasiminə ehtiyac duymayıb:

"Kitab satılırsa, daha çox oxunulması yazıçının arzusudur. Mən istəyirəm ki, əsərlərimi cəmiyyətə təqdim edim, insanlar da qiymət versinlər. İl sonunda kitabsevərlərlə görüşməyin yaradıcılığım üçün yeni il öncəsi bir stimul olacağına inanıram. Bir neçə gün əvvəl elan etdiyimiz bu tədbirdən xəbər tutub gələn hər kəsə təşəkkür edirəm".

Görüşdə Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov, Hədəf Kurslarının baş direktoru Şəmil Sadiq, yazarlar Cəlil Cavanşir, Kənan Hacı, Habil Yaşar, Könül Səid, Səxavət Sahil, Rövşən Yerfi, Elçin Əfəndi və Rüfət Əhmədzadə iştirak edib.

İxtisasca bioloq olan müəllif, kitaba daxil olan "U Geni" əsərində elmi detektiv janrına müraciət edib. Müəllifin bundan əvvəl "Tənha Canavar", "Ünvansız sevgi", "Ümidlərin izi ilə"(Şəmil Sadiqlə həmmüəllif romanı), "O", "Sonuncu hədiyyə" kitabları nəşr olunub. Müşfiq XAN hazırda "Qatil üçün nekroloq" romanı üzərində çalışır.

Tarix
2013.12.31 / 14:24
Müəllif
Alpər Cəbrayıl
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla