Yuxarı

Emin Piri “Tanrının kölgəsi” ilə gəlir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emin Piri “Tanrının kölgəsi” ilə gəlir

Sabah şair Emin Pirinin "Tanrının kölgəsi" adlı şeir kitabının təqdimatı keçiriləcək.

Müəllifin Axar.az-a verdiyi məlumata görə, "aybKitab" layihəsi çərçivəsində çap olunan kitabın təqdimatı sabah saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan klubu"nda baş tutacaq.

Axar.az kitabda yer alan şeirlərdən bir neçəsini təqdim edir:

Çətin keçib uşaqlığım

Çətin keçib uşaqlığım,
ayaqqabım yırtılardı
Böyüyəndə ayağım.
ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!
Uşaqlıq illərim asan keçməyib...
Bir az çətin olub uşaq illərim.

Sərhədin
tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı.
O sərhədi keçə bilmək
alın yazımıza qarşı
ən böyük üsyan idi.
bəlkə də, həyatımızın
ən böyük inqilabı.

Anamın erkən ağaran saçlarında
görünürdü
ala bilmədiyi oyuncaqlar.
Taleyin oyuncağına çevrilmişdik.
Bəs hardaydı
Körpələri sevən Tanrı?!

Hindu olmasaq da,
Atamızın cibinə görə
bölmüşdülər bizi
sinif otaqlarında
Kastalara.
Dəniz suları okean sularına
qarışmadığı kimi
Bizi qarışdırmazdılar...
Heç də sevgidən udmur
Okean balıqları
Dəniz balıqlarını.
Oynayanda belə varlı uşaqları
Bizi özlərinə yaraşdırmazdılar.
Paltarının yamağını gizlətməkdi
varlıların gözündən
Kasıb uşaqlarının oyunu.

Kişilər ağlamaz deyən anam
yerimə özü ağlardı.
Nağıl söylərdi,
göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam-
birdən ürəyimiz alma istəyər...

Can borcu

Gəl,
döy qapımı...
yolun uzaqdı bilirəm,
əziyyət çəkmə,
sizə gətirrəm
qapımı
döy,
ürəyin döyünən qədər.

Yaşayıb güldürmədim
səni doyunca.
qoy,
ölüm...
doyunca ağladım səni.

Tanrım,
sənin də yanında
yalançı oldum,
göndərə bilmədim əmanətini.
sənə də can borcum qalıb,
nisyə dəftərinə yazarsan məni.

Tarix
2015.06.18 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Kəlbəcər sakinlərinə xoş xəbər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla