Yuxarı

Siyasətçilər üçün sosial şəbəkə yaradıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasətçilər üçün xüsusi sosial şəbəkə fəaliyyətə başlayıb.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkəni ABŞ milyarderi Şon Parker təqdim edib. Xüsusilə siyasətçilər üçün nəzərdə tutulan şəbəkənin adı "Briqada"dır (Brigade). Yeni şəbəkənin Feysbukun dünyada yoluna qoya bilmədiyi problemlərin həllində insanlara kömək edəcəyi nəzərdə tutulur.

Şəbəkədə siyasi xadimlərdən başqa sadə vətəndaşlar da qeydiyyatdan keçərək istənilən məmura üzləşdiyi problemi həll etmək üçün müraciət edə bilər.

Bundan başqa, sosial şəbəkənin bazasında qanunvericilikdəki dəyişikliklərin müzakirəsi üçün platforma mövcuddur. İstifadəçilər ölkədə tətbiq edilə biləcək bu və ya digər təşəbbüslərə səs verə biləcəklər.

Hazırda şəbəkədə maraqlar üzrə təxminən 90 qrup yaradan 13 minə yaxın sınaq istifadəçi qeydiyyatdan keçib.

Ş.Parkerin fikrincə, siyasətçilər üçün xüsusiləşmiş sosial şəbəkədə iştirak təkcə onların öz uğurlarını reklam etmək üsulu və ictimaiyyətə gördüyü işi nümayiş etdirmək deyil, həm də seçicilərin fikrini öyrənərək ölkədəki siyasi kursa düzəlişlər etməyə imkan verəcək. Həmçinin "Briqada" siyasətçilərə lazımi dəstəyi qazanmağa şərait yaradacaq.

Tarix
2015.06.21 / 02:04
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla