Yuxarı

Xalq artisti "Şuşam mənim"i təqdim etdi – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Fidan Hacıyeva yeni layihəsini təqdim edib.

Kult.az xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəyə həsr olunan "Şuşam mənim" adlı layihənin klipi Yutub platformasına yüklənib.

Fidan Hacıyeva yeni layihəsi haqda açıqlama verərkən bildirib ki, "Şuşam mənim" mahnısının bəstəkarı şəhid-pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova, sözlərin müəllifi isə Xalq şairi Vahid Əzizdir: "Layihəmizin rəhbəri Könül Hüseynovaya təşəkkür edirəm. Bu gözəl musiqini o yaradıb. Klipin rejissoru Nail Naiboğludur. Klipdə şəhid və qazi övladları, həm də mənim tələbələrim çəkilib. Uşaqlarla işləmək mənim üçün bayramdır. Çünki onları çox sevirəm. Onlar çox istedadlıdırlar".

Layihənin rəhbəri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dossenti, fəlsəfə doktoru Könül Hüseynova deyib ki, Şuşa azad olunduqdan sonra Xalq artisti ona bu mövzuda əsər ifa etmək istədiyini bildirib: "Mən də böyük məmnuniyyətlə Şuşamızın gözəlliyini, tarixi keçmişini, indiki qələbəmizi özündə əks etdirən musiqi əsərini ərsəyə gətirdim. Biz də bu əsəri cənab prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə həsr edirik".

Klipin rejissoru Nail Naiboğlu çəkilişlər haqda danışarkən layihənin uğurlu olacağına əminliyini dilə gətirib: "Dəyərli Xalq artisti Fidan xanım Hacıyevanın "Şuşam mənim" adlı layihəsinə klip çəkirik. Klipdə Fidan xanımın vokal məktəbinin tələbələri çəkilib. Onların hər biri gələcəyin ulduzlarıdır. O qədər peşəkar uşaqlardırlar ki, onlarla işləməkdən zövq aldım. İnanıram ki, maraqlı layihə olacaq. Düzdür, müəyyən səbəblərdən hələ ki Şuşada klip çəkə bilmirik. Amma inanıram ki, tezliklə bunu da edəcəyik. Azərbaycanımızın hər yeri Qarabağdır, Şuşadır" - deyə, rejissor qeyd edib.

Klipin çəkilişləri Mərkəzi Nəbatat Bağı və Rəşid Behbudov adına Mahnı Teatrında reallaşıb. Fidan Hacıyeva klipdə üç geyimdən istifadə edib. Geyimlərdən biri isə daha çox diqqət çəkib. "Xarıbülbül"ü özündə ehtiva edən bu geyim "Yes couture" aiddir.

Klipdə çəkilən balaca istedadların da geyimləri bu moda evinə məxsusdur.

Tarix
2021.06.07 / 17:01
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla