Yuxarı

Umberto Ekodan Türkiyəyə ittihamlar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Umberto Ekodan Türkiyəyə ittihamlar

Umberto Eko ABŞ prezidentinə də "daş atdı"

İtalyan tarixçi, filosof, orta əsrlər mütəxəssisi və yazar məşhur yazar Umberto Eko Nyu Yorkdakı mərkəzində "Yaddaş itkisinə qarşı" başlıqlı konfrans keçirib.

Aprel ayında İstanbulda Orhan Pamukla birlikdə bir konfransa qatılan Eko, "Yaxın zamanda İstanbula gələcəyiniz gözlənilirmi?" - sualına bu cavabı verib:

"İstanbula Taksim hadisələrindən əvvəl getmişdim. Daha sonra polislərin törətdiyi dəhşətləri TV kanallarından izlədim. Polisin zorakılığı çox qorxunc idi. Bircə sözlə, dəhşətdi. Həddindən artıq zor tətbiq oludu. Yenidən İstanbula gəlməyim üçün qarşımda 20 il var. Çünki 100 yaşıma 20 il qalıb. İstanbul mənim ən sevdiyim dünya şəhərlərindən biridir. Ordakı bütün yenilikləri media və dostlarım vasitəsiylə izləyirəm".

Eko, ABŞ-da etdiyi çıxışda isə bir çox dünya liderinin tarixi yaxşı bilmədiyini bildirib: "Əgər Hitler Napaleon haqqında nələrsə oxumuş olsaydı, qışın ortasında Rusiyaya girməyin böyük fəlakət olduğunu anlayardı. Eyni zamanda, Buş da İngilislərin və Rusiyanın Əfqanıstanda müharibəni udmağa çalışması ilə bağlı sənədləri oxusaydı, o cür çətin coğrafiyanın asan idarə edilə bilməyəcəyini anlayardı"

Tarix
2013.10.24 / 12:36
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla