Yuxarı

Qiymət artımı nominal gəlir artımını üstələdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qiymət artımı nominal gəlir artımını üstələdi

Hər hansı bir ölkədə vətəndaşların gəlirinin real artımı daha çox əhəmiyyət kəsb edir. Çünki nominal artımla real artım arasında ciddi fərq olur. Hazırda Azərbaycanda kiçik də olsa nominal artım var. Lakin inflyasiyanın nominal artımdan bir neçə dəfə çox olması real gəlirlərin azalması deməkdir.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli ölkə əhalisinin nominal gəlirinin qiymət artımına nisbətən az olması barədə danışarkən deyib.

“Əhalinin bu ilin yanvar-iyul ayları ərzində real gəliri azalıb. Çünki inflyasiya nominal gəlirin böyük bir hissəsini həm yeyib, həm də real gəlirlərin azalmasına səbəb olan səviyyədədir. Ərzaq inflyasiyası daha yüksəkdir. 5%-dən çoxdur. Əhalinin böyük bir hissəsinin əsas gəlirini ərzağa xərclədiyini nəzərə alsaq, bu, daha çox mənfi təsir göstərən amildir. Buna əsasən, Azərbaycanda əhalinin real gəlirlərinin azalmasını söyləmək mümkündür”, - ekspert bildirib.

Qeyd edək ki, Azərbaycanda cari ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27 milyard 580,7 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,4 faiz artıb. Ölkədə qiymət artımı isə 4,3% olub.

Tarix
2021.07.18 / 15:04
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla