Yuxarı

Vahabzadə, sən KQB-nin agentisən, yoxsa QRU-nun?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş səfir İsfəndiyar Vahabzadənin Vladimir Jirinovskiyə cavabı sosial şəbəkələrdə və mediada hələ də müzakirə olunur. Və çox təəssüf ki, yalnız mediada və sosial şəbəkələrdə yox, rəsmi müstəvilərdə də xoşagəlməz reaksiyalar doğurmaqdadır.

Bu reaksiyaları gördükdən sonra İ.Vahabzadənin videomüraciətini mən də dinlədim və suallarım yarandı: niyə məhz indi? Niyə məhz Qarabağla bağlı müəyyən narahatlıqların və gərginliyin yaşandığı bir məqamda keçmiş səfirin heç bir diplomatik etika və ritorikaya sığmayan bu çıxışı ortaya çıxdı? Adamın məqsədi nədir? Həqiqətənmi Jirinovskiyə cavab vermək istəyib? Axı Jirinovskiyə yüksək səviyyədə (XİN) cavab verildi və çox güman, öz ölkəsində də “qulağı buruldu” ki, növbəti çıxışında tamamilə fərqli, hətta Prezident İlham Əliyevə yarınmaqla özünü təmizə çıxarmağa və səhvini etiraf etməyə bir cəhddə bulundu.

Məsələ də bitdi, bağlandı. Bizim fərqli hədəflərimiz, fərqli yolumuz var; bizi Zəngəzur gözləyir, Göyçə gözləyir...

Və ən önəmlisi, Jirinovski nə dərəcədə ciddi simadır axı!? Adamı hətta öz ölkəsində belə ciddiyə almırlar. Siyasi təlxək kimi ara-sıra danışır, yaxud danışdırılır və susdurulur. Təxminən bizdəki Hafiz Hacıyev kimi. Məncə, Jirinovskiyə məhz Hafiz Hacıyevin ya özü, ya da onun səviyyəsində biri cavab verməliydi. Yəni tərcümeyi-halında “4 ölkənin səfiri” olmuş bir diplomat məsuliyyətini anlamalı və Hafiz Hacıyevin siyasi arenadakı “rol”unu üstlənməməliydi. Çünki Rusiyadakı maraqlı qüvvələr də bu məsələdə məhz Vahabzadənin “diplomat”lığını xüsusi vurğulayırlar. Diplomatiyadan və politikadan uzaqlığını və kallığını bu dərəcədə dilə gətirmək indiki halda bizim ziyanımızadır, onların yox. Və biz də sübut eməyə çalışmalıyıq ki, adam elə həmişə bu səviyyədə olub. Hafiz Hacıyev səviyyəsində. Yəni o dərəcədə aşağıda ki, üzvü olduğu siyasi komandanın, hakimiyyətin səhvlərini də diplomatik xidmətdən getdikdən sonra “görüb”...

Söhbət ondan getmir ki, İ.Vahabzadənin Jirinovskiyə cavabı bizi narahat edir. Məsələ ondadır ki, bir səfir, bir diplomat, hətta sabiq olsa belə, bu ritorika ilə çıxış etməməlidir. Çünki hədəfdə yalnız Jirinovski deyil, rus xalqıdır.

Təhqirinə görə özünə haqq qazandırmaq istəyir; guya, vaxtilə (vaxtilə deyərkən, təxminən 20-25 il əvvəlin söhbətini xatırladır) Jirinovski Azərbaycan xalqını “qoyun” adlandırıb və cənab Vahabzadə də nədənsə onda susub. İndi isə yerində oturtmaq istəyir Jirinovskini. Hətta bir az da irəli gedərək iddia edir ki, o zaman Azərbaycanda “nəyə görəsə” Jirinovskiyə cavab verən tapılmayıb.

Adam guya ölkəsinin ictimai-siyasi həyatından, mətbuatından, gündəmindən bixəbərdir və yaxud özünü bixəbər yerinə qoyub. İ.Vahabzadə doğrudanmı bilmir ki, elə o zaman Jirinovskinin bu təhqirinə kifayət qədər tutarlı və sanballı cavablar verilmişdi?!

Burada şəxslərdən, şəxsi münasibətlərdən söhbət getmir, Azərbaycanın milli maraqlarından söhbət gedir. Rusiyada kifayət qədər ermənipərəst qüvvələr, Azərbaycanı sevməyən qruplar var. Onlara indiki məqamda bəhanə verilməliydimi? 44 günlük savaşda Azərbaycanı var gücü ilə daşlayan Solovyova bu əsası vermək lazımıydımı?

İ.Vahabzadə diplomatik xidmətdən ayrıldıqdan sonra “müxalifətçiliyə” başlayıb və əlbəttə ki, bu da onun haqqıdır – baxmayaraq ki, qəbul olunmur belə müxalifətçilik. İstəyər tənqid edər, istəyər keçmiş komandası ilə bağlı ağzına gələni danışar, istəyər tərifləyər: biz demokratik ölkədə yaşayırıq və bunları normal qəbul etməliyik. Ancaq iş milli maraqlara, dövlətin və xalqın milli hədəflərinə gələndə, istər “keçmiş” ol, istəyir pensiyada, istər “radikal” müxalifətdə - fərq etməz, sən xalq qarşısında, millət qarşısında və dövlət qarşında məsuliyyətini unutmamalısan; əgər hansısa bir çıxış Azərbaycan diplomatiyasına ümumilikdə zərbə gətirərsə, bu çıxışdan imtina etməlisən və bu, sənin borcundur.

Hələ onu demirəm ki, bir xalqı təhqir etmək qədər səviyyəsiz, düşüncəsiz, korafəhm yanaşma ola bilməz, o ki qaldı rus xalqı. “Tı vor, tı rab, tı armyanin” deyən və illərdir təbliğatımızda Fakt kimi istifadə etdiyimiz böyük Puşkini, islamın xristianlıqdan daha yüksək din olduğunu yazan və cəsurluğu, mərdliyi “Hacı Murad” kimi bir şedevrlə abidələşdirən, böyük insanlıq nümunəsi göstərən Lev Tolstoyu, türk tarixi haqda ən mükəmməl araşdırmaları aparan akademik Bartoldu, Qumilyovu, lirikası ilə könüllər fəth edən Yesenini, Axmatovanı və saymaqla bitməyən rus xalqının yetirdiyi nəhəng simaları necə təhqir etmək olar?

Həm də bu təhqiri “mən sıradan şəxs deyiləm” sözləri ilə ümumilikdə xalqımızın elitasının üzərinə təzyiq vasitəsinə necə çevirmək olar?

Azərbaycan XİN-in, Müdafiə Nazirliyinin milli hədəflərimizlə bağlı rezonans doğuran addımları fonunda sən 25 il öncəki bir axmaq sözü “yada” salıb, guya Jirinovskiyə cavab vermək, əslində qarşı tərəfə diplomatik hücum imkanı tanımaq xəyanətini necə edə bilərsən?

İ.Vahabzadə çıxışında deyir ki, mən işğalınızda iştirak etmişəm, Əfqanıstanda xidmət etmişəm.

Sovet ordusu Əfqanıstana girəndə ora gedən bütün diplomatlar, tərcüməçilər heç biri KQB-dən (Oxu: QRU) kənar deyildi, bunu bilməyən yoxdur. Çünki dövlətin siyasəti bunu tələb edirdi – hər bir diplomat sovet kəşfiyyatının qulağı, gözü idi. İsfəndiyar Vahabzadə 1976-79-cu illərdə İranın Hərbi Nazirliyində hərbi tərcüməçi, 1983-85-ci illərdə Əfqanıstandakı sovet ordusunda (SSRİ Müdafiə Nazirliyi) hərbi tərcüməçi işləyib.

İ.Vahabzadənin kimliyi bəllidir, hara bağlı olduğu və illərlə hardan təlimat aldığı da! Və bu, heç də Azərbaycan DTK-sı olmayıb, məhz KQB olub, QRU olub!

İndiki məqamda bu sözləri işlətmək üçün hansı kəşfiyyatdan göstəriş almısan? Kimin sifarişidir guya Jirinovskiyə cavab vermək üçün 25 il öncəni “yada” salmaq?

Heç təsadüfü deyil İ.Vahabzadənin bu çıxışına Rusiya Dumasının rəhbərliyi səviyyəsində cavab verilməsi; İ.Vahabzadənin bu çıxışının Rusiyada bu qədər geniş yayılması və reaksiyaların bunca çoxluğu da ssenari təsiri bağışlayır.

Hələ aydınlaşdırarıq, görək, niyə vaxtından əvvəl İ.Vahabzadə pensiyaya çıxarılıb - yəni sərəncamda saxlanılıb və yeni vəzifəyə təyin edilməsi məqbul sayılmayıb?

...Çox pis oynayırsınız, çox pis: xalqa qarşı, milli hədəflərə qarşı, dövlətə qarşı olan oyunların, sifarişlər yerinə yetirənlərin mütləq cəzası olur...

Tarix
2021.08.12 / 22:03
Müəllif
Aynur Camalqızı
Oxunub
26 798
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla