Yuxarı

Ad günündə teatra gəldi, Şeyx Nəsrullah üçün...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı bu gün 65 illik yubileyini qeyd edir.

Aktyorun Kult.az-a verdiyi müsahibəsini təqdim edirik:

- Ötən il ad gününüzü cəbhədə əsgərlərimizlə birgə, döyüş bölgəsində qeyd etdiniz. Bu gün isə qalib ölkənin vətəndaşısınız. Hansı hissləri keçirirsiniz?

- 65 yaşı başıdik bir azərbaycanlı kimi keçirtdiyimə görə özümü xoşbəxt sayıram. Bu vaxta qədər düşmən qarşısında xəcalətli, gözükölgəli yaşayırdıqsa, bu gün başımız dik, alnımız açıqdır. Deməli, bundan sonra yaşamağa dəyər. Qalib ölkənin vətəndaşı olmaq ayrı bir hissdir. Ona görə də özümü ən xoşbəxt insan sayıram.

- Həyata keçməyən arzunuz qalıbmı?

- İnsanın arzuları tükənməz ki! Arzular tükənəndə insan ölür – insan nə qədər yaşayırsa, o qədər arzulayır. Nə qədər arzulaya bilirsə, o qədər də yaşayır. Əlbəttə, arzularım çoxdur. Övladlarımın daha rahat, gözəl günlərini görmək istəyirəm. İndi artıq babayam. Övladlarımın da baba olmağını gözləyirəm. Arzularım böyükdür. Allah hara qədər aparacaqsa, aparacaq.

- Ad gününüzdə də iş başındasınız, hazırda məşqə gedirsiniz. Bu dəfə hansı obrazı canlandırmağa hazırlaşırsınız?

- Srağagün də, dünən axşam da bütün heyətimizlə birgə “Ölülər” tamaşasını səhnədə məşq etdik. Şeyx Nəsrullah obrazını canlandırıram. Mənim rolum bir az çətin olduğuna görə bu gün fərdi olaraq gəlmişəm ki, mətnin üzərində işləyim. İl yarımdır səhnədə oynamırıq. Bəzi şeylər var ki, unudulub. Onları bərpa edib, hazırlaşmalıyam. Çünki oktyabrın 16-sı Akademik Milli Dram Teatrının səhnəsində tamaşamızı təqdim edəcəyik.

- “Ölülər”in Şeyx Nəsrullahısınız. Necə düşünürsünüz, bu gün yenə də Şeyx Nəsrullahlarımız qalıb?

- Şeyx Nəsrullahlarımızın sayı çoxalıb. Ona görə də bu gün “Ölülər”i oynayırıq. Teatrların açılmağını məhz bu səbəbdən çox arzulayırdım. Teatrlar qaranlıqlara qərq olanda cəhalət və xurafat meydan oxuyur. Çox təəssüf ki, bu gün də Azərbaycanda cəhalət və xurafat meydan oxumaqdadır. Onun qarşısını yalnız mədəni silahlarla - teatrla, kino ilə, təbliğat maşınları ilə, elm və təhsilli gənclərimizlə alıb millətimizi, gəncliyimizi qorumalıyıq. Bugünkü Şeyx Nəsrullahlar XXI əsrin Şeyx Nəsrullahlarıdır. Onlar daha təhlükəlidirlər. Hər dona girirlər. Bu gün sənə dost deyib arxada düşməndirlər. Bu, illərdən bəri belədir. Məğlub olduğumuz vaxtda ərazi bütövlüyümüzü tanıdıqlarını deyirdilər. Torpaqlarımızı azad edəndən sonra üstümüzə gəlib, torpaqlarımızı işğal edənlərlə qardaş oldular. Ona görə də bu Şeyx Nəsrullahların kökünü qazımaq lazımdır. Azərbaycan xalqı inanclı, Allahını, Kitabını, peyğəmbərini tanıyan xalqdır. Kimsə bizə din dərsi verməyə qalxmasın! Şükür olsun ki, hamımız müsəlmanıq. Amma biz elmə, işığa doğru gedən müsəlmanıq.

-Yubiley yaşınızda ilk kimdən təbrik aldınız?

- (gülür) Bu gecə saat 1-ə 15 dəqiqə işləmiş ilk təbrikim Moskvadan gəldi. Moskvada yaşayan qızım, Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev (sən demə o da Moskvada imiş) və uzun illər teatrda birgə çalışdığımız, Rusiyadakı səfirliyimizin işçisi Sevda xanım təbrik elədilər. Sonra Alagöz qızım təbrik elədi. Gecə 1-in yarısına qədər ailə üzvlərim, dostlarım hamısı təbrik elədilər.

- Gənclərimizə nə arzu edərdiniz?

- Kitab deyir ki, oxu və öyrən! Bu gün Azərbaycan gənclərinə arzum odur ki, oxuyub öyrənsinlər. Dünya gəncliyinin elmdəki inkişafının tərkib hissəsi olsunlar. Necə ki, döyüşdə, Vətən müharibəsində bütün dünyaya böyüklüklərini göstərdilər. Çox arzu edirəm ki, elmdə, incəsənətdə, mədəniyyətdə, təhsildə, texnologiyada da Azərbaycan gəncliyi o cür savaşıb, qələbə qazansın.

Tarix
2021.10.06 / 14:04
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla