Yuxarı

“Oxuyur Vətən” Hadrutda - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Televiziyasının Vətən müharibəsinin ildönümü münasibətilə hazırladığı layihələrdən biri də “Oxuyur Vətən”dir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Kult.az-a verilən məlumata görə, musiqili layihə işğaldan azad olunmuş torpaqlarda çəkilir və torpaqların işğaldan azadolunma tarixlərində yayımlanır.

İlk buraxılış Suqovuşanda çəkilib və onun işğaldan azad olunduğu gün yayımlanıb.

Növbəti buraxılış isə bu gün – 9 oktyabr saat 21:00-da AzTV-də yayımlanacaq.

Hadrutun işğaldan azad olunmasının ildönümü münasibətilə qəsəbənin müxtəlif məkanlarında çəkilişlər aparılıb.

Çəkilişlərdən biri Hadrut qəsəbəsində qədim alban kilsəsində edilib.

Musiqi parçalarından biri Hadrut qəsəbəsində ermənilərin işğal dövründə müqəddəsləşdirdiyi və mərkəzdə yerləşən parklardan birində ifa olunub. Xor ifa edən musiqiçilər parkda Azərbaycan və Türkiyə bayraqlarına bürünüblər. Onlar “İgidim, aslanım” musiqisini ifa ediblər.

Layihənin məqsədi musiqinin dili ilə erməni vandalizmini nümayiş etdirmək, torpaqlarımızın işğal dövründə düşmən tərəfindən viran qoyulduğunu dünyaya göstərməkdir.

“Oxuyur Vətən”in növbəti buraxılış Füzulidən yayımlanacaq.

Layihə rəhbəri, quruluşçu rejissor Elnur Qədirov, rejissor Tərlan Tağıyev, quruluşçu operator Nicat Nağızadə, redaktorlar Təhminə Yusifova, Mintac Elsevər, Nuray Əliyevadır.

Tarix
2021.10.09 / 18:10
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla