Yuxarı

Deputat əməkdar artisti və AzTV-ni tənqid etdi - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ənənəvi musiqi üçlüyü: tar və kamança çalanlar, bir də müğənni, əlində qaval... Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini. Hərəsi bir uçuq divarın üstündə oturub. Nə olar! Burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək... Ancaq mahnını dinləyəndə heyrətə gəldim.

Kult.az xəbər verir ki, bu sözləri xalq şairi, deputat Sabir Rüstəmxanlı qeyd edib.

"Burda, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər müsiqimizi işğal etmiş şit diringi əsəblərimi cırmağlamağa başladı... İnsan gözüyumulu və əhli-kef olmalıdır ki, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub "Könüllər cəlb edən bu xoş mənzərə..." deyib oxusun. Görəsən, bu üç sənət adamı ətrafa baxmırdı? Düşünmürdülər ki bu ürək dağlayan görüntüyə "xoş mənzərə" demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim..." - deyə o əlavə edib.

Qeyd edək ki, deputat bu fikirləri əməkdar artist Babək Niftəliyevin Zəngilanda “Vətən yaxşıdır” ifasına görə qeyd edib.

Tarix
2021.11.26 / 14:35
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla