Yuxarı

Özbəkistandan mətbəximizə xüsusi mükafat

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistandan mətbəximizə xüsusi mükafat

Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Xarici ölkələrlə mədəni əməkdaşlıq üzrə Dostluq Cəmiyyətləri Şurasının təşkil etdiyi "Tassano-2015" xalqların Mətbəx festivalında bu il Azərbaycan da təmsil olunub.

Axar.az xəbər verir ki, festivalda Azərbaycan üçün ayrılmış guşədə milli mətbəximizi əks etdirən xörəklər, şirniyyatlar, habelə milli suvenirlər, kəlağayılar, Azərbaycanın turizm resurslarına dair nəşrlər nümayiş etdirilib.

Tədbirin rəsmi açılışında çıxış edən Dostluq Cəmiyyətləri Şurasının icraçı direktoru Kəmaləddin İşıdxocayev tədbirin əhəmiyyətindən danışıb, festivalın xalqların öz mədəniyyətlərini, milli mətbəxlərini nümayiş etdirmək üçün əlavə imkanlar verdiyini qeyd edib.

Festival çərçivəsində təşkil olunan konsertdə Azərbaycanı təmsil edən rəqs ansamblı "Uzundərə", "Yallı" milli rəqslərimizi ifa edib.

Festivalın sonunda iştirakçı dövlətlərin təqdim etdiyi milli mətbəx nümunələrinə münsiflər heyəti tərəfindən baxış keçirilib və qaliblər mükafatlandırılıb.

Azərbaycan səfirliyi və onun mədəniyyət mərkəzi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.

Tarix
2015.09.18 / 18:10
Müəllif
Nigar An
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla