Axar.az
Yuxarı

Axar.Az Logo

Rafael İsgəndərov şəhidin son səs yazısını yaydı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Rafael İsgəndərov İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə yollanan və şəhid olan Müşfiq Abbasovun son səs yazısını yayımlayıb.

Kult.az Oxu.az-a istinadən xəbər verir ki, aktyor şəhidin fotolarından ibarət videoya öz fikirlərini yazıb.

“Bu gün 27 sentyabr - Anım Günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olmuş dostum Müşfiq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - əməkdar artist bildirib.

Şəhid səs yazısında bunları deyir: “Allah gələn il bayramı bizim kəndimizdə keçirməyi nəsib etsin, sizi də dəvət edək, görün nə kənd var imiş. Allah bizə onu qismət edər”.

Qeyd edək ki, Ağdam rayonunun Gülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılıb. M.Abbasov Birinci Qarabağ müharibəsində də qardaşları ilə birgə döyüşübmüş.

Tarix
2022.09.27 / 14:41
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Jurnalist İlkin Zərbəliyev vəfat etdi

Əsra Gəzgincinin Azərbaycan barədə verilişi - Video

“Atabəylər”in tizeri yayımlandı: Baş rolda kimdir? - Video

Şuşadakı məscidlərin bəzisi muzey ola bilər

Nazirlik Kukla Teatrında yoxlamalara başladı

"Həzrəti Yusif"in Züleyxası həbs olundu - Foto

İcra başçısı Gülüstan Sarayında oğluna toy etdi

Fransanın xilaskarı, Rodezin Fatehi - Həşimov

I Pyotru Osmanlı əsirliyindən kim xilas etmişdi?

Özbək professorlar Sumqayıtda Poeziya Evində

KULT
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla