Axar.az
Yuxarı

Axar.Az Logo

Rus reper müharibəyə etiraz olaraq özünü öldürdü - Şok video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı məşhur reper, “Uolki” (Walkie) ləqəbi ilə tanınan İvan Petunin 27 yaşında intihar edib.

Kult.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

Bildirilir ki, onun meyiti Krasnodardakı Konqresnaya küçəsində, göydələnin yanında tapılıb.

Ölümündən əvvəl o, tamaşaçılarına son video-müraciət də edib və intiharının səbəbini açıqlayıb.

“Əgər siz bu videoya baxırsınızsa, demək, mən artıq həyatda deyiləm. Güclü ruhun varsa, demək, ürəyin var. Və öz ruhuma qətl günahını götürə bilmərəm və istəmirəm. Mən hansısa ideyaya görə öldürməyə hazır deyiləm. Mən müharibədə və yaxud haradasa insan öldürə bilmərəm. Mən əlimə avtomat ala bilmərəm. Bəli, mənim səfərbərlikdən möhlət hüququm var, ona görə ki, mən psixi xəstəxanada yatmışam. Ancaq mənə elə gəlir ki, hazırkı qismən səfərbərlik yaxın günlərdə tam səfərbərliyə çevriləcək. Mənim isə yerimək üçün iki ayağım və avtomatın tətiyini basmaq üçün əlim və barmaqlarım yerindədir. Mən tətiyi basmaq haqqına sahib deyiləm. Mən əlinə silah almağa və insan öldürməyə də hazır deyiləm.

Məni sevənlər, məni bağışlayın. Ancaq bəzən öz prinsiplərinə görə ölmək lazım gəlir”, - o deyib.

O, müharibənin bitməsi və insanların normal həyata dönməsini arzu etdiyini də vurğulayıb:

“Yaxşı xəbər isə budur ki, bu gün mənim yeni albomun işıq üzü görüb. Onu və mənim digər mahnılarımı dinləyin ki, mənim necə insan olduğumu biləsiniz”.

Videonu BURADAN izləyin.

Tarix
2022.10.01 / 12:43
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

III Sultan Muradın Bosniyaya köçürdüyü azərbaycanlılar

Heydərov gecə saat 2-də yığır ki, dur gəl... – Vəziroğlu

Əlisa Nicatla bağlı sevindirici xəbər

Bu da Əlisa Nicatın evi - Video

Fransa müqavimət hərəkatının qəhrəmanı Ceyran - Foto

Alla Puqaçova Rusiyadakı şirkətini ləğv etdi

Jurnalist İlkin Zərbəliyev vəfat etdi

Əsra Gəzgincinin Azərbaycan barədə verilişi - Video

“Atabəylər”in tizeri yayımlandı: Baş rolda kimdir? - Video

Şuşadakı məscidlərin bəzisi muzey ola bilər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla