Yuxarı

Dörd xanım müğənnidən bəhs edən roman

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc yazıçı Cavid Zeynallının "Leyla" romanı çap olunub.

Bu haqda "Axar.az"a müəllifin özü məlumat verib.

Romanda Azərbaycan şou-biznesinin ən tanınmış dörd müğənnisinin ümumiləşmiş obrazı yaradılıb.

Leyla ölkənin məşhur müğənnisidir. Adı müxtəlif qalmaqallarda, cinayətlərdə hallanır. Uşaq evlərindəki yeniyetmə qızların birinci gecəsini əcnəbilərə "hədiyyə etməkdə", tələbə qızları fahişəliyə sürükləməkdə ittiham olunur. Günlərin birində yazılmayan qanunu pozduğuna görə cəzalandırılır. Adı qara siyahıya düşür, telekanallara, restoranlara buraxılmır, dostları ondan üz döndərir. Bu, ömrü boyu məşhurluğun zirvəsində yaşayan Leylanın mənəvi ölümü deməkdir. Onun həyatının alt-üst olmağı bir sirlə bağlıdır. Leylanın intihar niyyətindən Rəcəb adlı jurnalist xəbər tutur və hər şey də burdan başlayır. Sirrin çözülməsi Rəcəbin qorxulu oyuna düşməsi deməkdir.

"Hədəf" nəşriyyatında çap olunan romanın redaktoru Etimad Başkeçiddir. Qeyd edək ki, "Leyla" yazıçının sayca ikinci romanıdır. Cavid Zeynallının ilk romanı "Günəşi gözləyənlər" 2010-cu ildə işıq üzü görüb.

Tarix
2014.01.21 / 14:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla