Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyun 2018


Yazarlarla müğənnilər üz-üzə gəldi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbiyyat və musiqi arasındakı bağlılığı nəzərə alıb, bu dəfə də yazarlarla şou əhlini qarşı-qarşıya gətirdik. Görək kim kimi oxuyur, kim kimi dinləyir. Amma bəri başdan deyək ki, şou əhlinin müasir yazarlardan kimisə tanıyacağına ümidimiz az idi…

Bircə bunu ayrıca vurğulamağa dəyər: yazarlar bu qarşıdurmada sözü o tərəf-bu tərəfə çəkib müğənnilərimizin birinin belə adını çəkməmək üçün bəhanələr uydurmadı…

Onu da deyək ki, hər iki tərəfə eyni sualla müraciət etdik.

Yazarlara:

- Siz müasir estrada müğənnilərindən kimi dinləyirsiniz?

Müğənnilərə:

- Çağdaş yazarlardan kimi oxuyursunuz?

Yazıçı Müşfiq Xana görə, Röya və Xumar Qədimova boş vaxtlarda dinləmək üçün yaxşı müğənnilərdir:

"Röya və Xumarın səslərini bəyənirəm. Məncə, buna səbəb səslərindəki şirinlik və yanğıdır. Amma vaxtım olanda dinləyirəm. Etiraf edim ki, Xumarın bir mahnısını əvvəllər eşidib bəyənsəm də, onu çox axtarıb tapa bilməmişəm".

İlqar Fəhmisə xüsusi olaraq bu iki nəfəri - Tünzalə və Qisməti dinləyir:

"O biri estrada müğənnilərinə də ara-bir qulaq asıram".

"Maral-maral" mahnısına qol açıb oynadığım vaxtlar olub…

Cəlil Cavanşir isə bəzən "Maral-maral" mahnısına belə oynadığını bildirdi. Yazar xüsusən ovqatına uyğun mahnıları dinləməyi sevir:

"Mən ümumiyyətlə, estrada musiqisini sevmirəm. Amma yeri gələndə "Maral-maral" mahnısına qol götürüb oynayıram. Xüsusən, musiqili meyxanaya üstünlük verirəm. Təbii ki, hər şey ovqatdan asılıdır. Azərbaycanlı estrada müğənnilərdən Faiq Ağayev, Lalə Məmmədova və Flora xanımı bəyənirəm. Buna baxmayaraq, nadir hallarda estrada dinləyirəm".

Aqşin Yeniseyə görə isə vəziyyət bir az fərqlidir. O, sevimli müğənnilərinin səsini eşitdikdə, öz səsini belə kəsməyə hazır olur:

"Flora Kərimova, Teymur Əmrah… Onların səsini harda eşitsəm, səsimi kəsib, dinləyirəm. Belə dinlədiklərim çox olsa da, favorit onlardır".

Sıra gəldi müğənnilərimizə…

Baloğlan Əşrəfov "Mən öz dövrümün Azərbaycan ədəbiyyatının bütün kitablarını oxumuşam. Hətta şəxsi kitabxanam var ki, orada olan bütün kitabları əzbər bilirəm. Əgər söhbət son dövrün yazarlarından gedirsə, mən onların kitabını almıram. Özləri nə kitab hədiyyə edirlərsə, onları da oxuyuram. Mən poeziya ilə maraqlanan insanam. Bu dəqiqə gənc yazarlardan kiminsə kitabını oxuyuram desəm, həqiqətə uyğun olmaz. Amma qəzet və ayrı-ayrı mətbu orqanlarda yazarlarımıza aid çıxan bütün məqalələri oxuyuram".

Buruq-buruq saçları olan yazıçını daha çox oxuyuram

Əli Mirəliyev: "Mən hər zaman yazıçı Anara önəm vermişəm, qəlbimə yaxın olan odur. Bir də biri var, adı yadımda qalmayıb, amma çox gözəl yazır. İndi mən elə bir vəziyyətdəyəm ki, yadıma adları düşmür. Bir az yaşlı, buruq-buruq saçı olan yazıçını daha çox oxuyuram. Daha sonra şair Baba Vəziroğlunu bəyənirəm. Amma o buruq-buruq saçı olan yazarın adı yadımda deyil".

Mən özüm elə gənc şairəyəm

Elza Seyidcahana görə isə, ədəbiyyatda gənc, ya da qoca yazar söhbəti yoxdur:

"Müasir yazarların əksəriyyəti dostlarımdır, amma hazırda ağlımda çəkiləcək bir ad yoxdur. Onsuz da onlar da Nizamidən, Fizulidən, Sabirdən, Mikayıl Müşfiq və s.-dən qaynaqlanırlar.

20-ci əsrin müasirləri isə Ramiz Rövşən, Vaqif Bayatılı Odər, Rüstəm Behrudidir. Son zamanlar Xəyal Rzanın şeirlərini çox oxuyuram. Əliağa Vahid, Nizami mənim stolüstü kitabıma çevrilib. Hər gün mütləq müəyyən qədər oxumalıyam. Mənim oxuduğum kitablar müqəddəs kitablardır. Onlar klassik əsərlərdir və mənim üçün hər zaman müasir hesab edilir. Yaradıcı insan mütləq mütaliə etməlidir. Yoxsa, mən heç vaxt musiqi bəstələyə, yaradıcılıqla məşğul ola bilmərəm".

Elza Seyidcahan ilə söhbətimizdən o da bəlli oldu ki, o həm də şeir yazmaqda olduqca iddialıdır:
"Uşaqlıqdan mən özüm də elə şeir yazmaqla məşğul olmuşam. Elə buna görə də məni də gənc şairə adlandırmaq olar. Həqiqətən poeziyanın mənim üçün başqa yeri var. Son zamanlar bir neçə şeir yazsam da, bunlar vaxtımı çox aldığından onlardan uzaqlaşdım".

Beləliklə, sorğuda hansı tərəfdən razı qalıb-qalmamaq məsələsini oxucuların öhdəsinə buraxırıq…

Tarix
2014.01.22 / 09:00
Müəllif
Selcan, Fatimə İbrahimova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Məşhur müğənninin toyudur - Foto

Quranın qanunları ilə yaşayan ölkə - Şok nəticə

Sakinlərdən etiraz: Min illik Azərbaycan türbəsi dağılır

Azərbaycan xanının xəlifəyə qandonduran məktubu - Video

85 milyon illik dinozavr tapıldı - Foto

Eynşteynin irqçi fikirləri dərc olundu: Çinlilər pinti və...

Novruz Məmmədov Parisdə sərgidə çıxış etdi - Foto

"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - Video

Bəzi verilişlər uşaqların əxlaqını pozur – Millət vəkili

AMEA-nın bu loqosunda qədim türkcədə, görün, nə yazılıb – Foto

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla