Yuxarı

Ölülər dirilərdən çox pul qazanır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölülər dirilərdən çox pul qazanır

Maykl Cekson "Ölən məşhurların ən varlıları" siyahısında birinci yeri tutub.

Forbes jurnalı ölən məşhurların ən zənginlərinin siyahısını açıqlayıb. Siyahıya dünya pop musiqisinin kralı Maykl Cekson başçılıq edir. Qeyd edək ki, ölümündən sonra belə, Maykl yaşayan ulduzlardan çox pul qazanır.

2009-cu ildə 50 yaşında vəfat edən Cekson ötən il ərzində 160 milyon dollar qazanıb. Hətta yaşayan ulduzların ən varlısı olan Madonna (ötən iyundan bu iyuna kimi 125 milyon dollar qazanıb) Mayklın kölgəsində qalıb.

Məlumat üçün qeyd edək ki, keçən ilin ölən məşhurların ən zəngini siyahısında aktrisa Elizabet Teylor lider idi. Bu ilki göstəricisi onu dördüncü yerdə qərarlaşdırıb (keçən illə müqayisədə onun gəliri 210 milyon dollardan 25 milyon dollara düşüb).

Ceksondan sonra 1977-ci ildə vəfat edən Elvis Presli 55 milyon dollarla ikinci pillədə yer alıb. Siyahının üçüncü yerində 37 milyon dollarla komediyalar müəllifi olan Çarlz Şults növbələşib. İlk beşliyi 18 milyon dollarla Bob Marli tamamlayıb.

Başqa məşhurlar

Merlin Monro ( 15 milyon)

Con Lenon (12 milyon)

Albert Eynşteyn (10 milyon)

Betti Peyc (10 milyon)

Teodor Qeyzel ( 9 milyon)

Stiv Makkuin ( 9 milyon)

Bryus Li (7 milyon)

Tarix
2013.10.26 / 21:25
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla