Yuxarı

“Ad günü” qəhrəmanının ad günüdür - 70

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ad günü” qəhrəmanının ad günüdür - 70

"Bu, artıq 70-dir, yubileydir, bunu qeyd eləmək lazımdır".

Bu sözləri bu gün 70 yaşını qeyd edən xalq artisti, səhnəmizin sevilən aktyoru Hacı İsmayılov "Axar.az"a dedi.

Hacı bəy bu günü adi illərdən fərqli olaraq yubiley olduğuna görə, ailə ətrafında geniş keçirəcəyini bildirdi:

"Ad günümü doğmalarımla, nəvələrimlə, ailə ətrafında keçirəcəyəm. Həmişə bu günü elə-belə keçirdirdim, bu dəfə bir az geniş formada qeyd edəcəyəm".

Aktyorun yubileyinin dövlət səviyyəsində keçirilib-keçirilməyəcəyi barədə soruşduq:

"Bu barədə hələ bir söz deyə bilmərəm. Teatrda işlərimiz çoxdur. Yeni tamaşalar, məşqlər var. İnşallah gələn ay, ya da o biri ay bu barədə bir şey fikirləşəcəyik".

Bildirək ki, sevilən aktyor Hacı Məcid oğlu İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. Aktyor "Ad günü", "Güllələnmə təxirə salınır", "Həm ziyarət, həm ticarət", "Qonşu qonşu olsa", "Ölsəm, bağışla", "Otel otağı", "Ulduz", "Yad qızı", "Yol əhvalatı" və digər filmlərdə oynadığı yaddaqalan obrazlarla hər kəsin qəlbində taxt qura bilib.

Məşhur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 19 dekabr 2000-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

Tarix
2014.01.22 / 16:43
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Bayramov Kestutis Budrislə danışdı

Ermənistana 989 ton olan dizel göndərildi

Prezident San Marinonun Regent Kapitanlarını təbrik etdi

İlham Əliyev Pere Joan Pons Sanpietronu qəbul etdi

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla