"Şarli Hebdo" karikaturaçısı Coan Sfarın sosial
şəbəkələrdə #PrayforParis (Paris üçün dua et) həştəqli paylaşımlar
barədə şəxsi İnstaqram hesabından verdiyi açıqlama birmənalı
qarşılanmayıb.
Axar.az xəbər verir ki, karikaturaçı açıqlama verərək "Paris
üçün dua etməyin" çağırışı edib. Paylaşılan karikaturada bu sözlər
yer alıb:
"Bütün dünyadakı dostlar, #PrayforParis üçün təşəkkür edirik,
amma daha çox dinə ehtiyacımız yoxdur! Bizim inancımız musiqiyə,
öpüşlərə, həyata, şampan və oyuncaqlara doğru gedir!
#Parisisaboutlife".
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə ard-arda baş verən
silahlı və bombalı hücumlardan sonra minlərlə adam fransızlara
dəstək məqsədi ilə Tvitterdən #PrayforParis (Paris üçün dua et)
həştəqi ilə paylaşımlar etməyə başlamışdı.