Yuxarı

Bu gün yorğun demokratın doğum günüdür

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün yorğun demokratın doğum günüdür

Ahmet Kayanın yaradıcılıq yolu

Ahmet Kaya Adıyamandan Malatyaya köç edən Zaza kürdləri ailəsində doğulub. Anası türk olub. Musiqi ilə ilk tanışlığı 6 yaşında doğum gününə atasının "türk sazı" hədiyyə etməsindən başlayıb. 1980-ci illərin ortalarında məşhurlaşmadan öncə İstanbulda taksi sürücüsü işləyib.

İlk albomu olan "Ağlama bəbəyim" 1985-ci ildə işıq üzü görüb. Musiqiçinin populyarlığı 1990-1994-cü illərdə "Şarkılarım dağlara" albomu ilə daha da artib və 2.8 milyon albomu satılıb. 1990-cı illərin bütün albomları hit-paradların top pillələrində yer tutub.

Karyerası müddətində 20-yə yaxın albom çıxarıb. O, eləcə də protest musiqiləri və sosial bərabərlik uğrunda savaşı ilə tanınıb. Onun mahnıları ana, fədakarlıq və ümid mövzularını əhatə edib.

Siyasi baxışı və gördüyü işlər

1999-cu il fevralın 10-u "SHOW TV"dən yayımlanan ilin musiqi mükafatında "İlin Musiqiçisi" adını alan Kaya çıxışında kürd kökənli olduğunu vurğulayaraq kürd dilində də musiqi yazmaq istədiyini söyləyib. O, elan etdi ki, kürdcə musiqi yazıb ("Karvan" mahnısı 2001-ci ildə "Hoşcakal gözüm" albomunda yer alıb) və onu tanıtmaq üçün video-rolik hazırlayıb.

1999-cu ilin iyununda Kaya siyasi baxışları, separatist fikirlərinə görə Fransaya qaçmalı olub. Həmçinin 1993-cü ildə Almaniyada keçirilən konsertində "Parti Karkerani Kurdistan"(PKK) posterini nümayiş etdirdiyi üçün ittiham edilib və Abdulla Öcalanı dəstəklədiyinə görə hesabat verib. 2000-ci ildə separatist təbliğat apardığı üçün 3 il 9 aylıq qiyabi məhkum olunub. Lakin daha sonra konsertdə poster nümayişi iddialarının saxta olduğu sübut edilib.

Ahmet Kaya 2000-ci ildə Parisdə 43 yaşında ürək tutmasından vəfat edib.

Tarix
2013.10.28 / 11:54
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla