Yuxarı

Azərbaycan iddialı bir filmlə Avropaya gedir - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ilin oktyabrında çəkilən sənədli filmin artıq bütün tamamlanma işləri görülüb. Sənədli film kəndin bütün tarixini, fərqli memarlığını, əhalisinin yaşayış tərzini özündə əks etdirib.

Bu haqda filmin rejissoru Elvin Abdullayev "Axar.az"a danışarkən deyib.

Filmdə Xınalıq kəndinə aid ən xırda detal, hətta çobanlarının qışlaqdan yaylağa köçmə prosesi belə öz əksini tapıb.

Avropada yayımlanması nəzərdə tutulan filmin rejissoru Elvin Abdullayev bildirdi ki, Filmin adı "Far far away", yəni "çox-çox uzaqlarda" anlamına gəlir:

"Bizim filmi çəkmək üçün heç də böyük komandaya ehtiyacımız olmadı. Dörd nəfərlik heyətlə - operator Mətləb Yaquboğlu, assistentlərim Emil Əliyev, Taleh Bağırzadə və mən komandanı təşkil etdik. Filmin ən çətin və maraqlı məqamı ondan ibarət oldu ki, digər sənədli filmlərdən fərqli olaraq "Far far away"da kiminsə nəyisə izah etməsi və ya kadrarxası səslər yoxdur. Düşünürəm ki, film xarici festivallardan əliboş qayıtmayacaq".

Filmin prodüseri isə finlandiyalı Elsa Sysserdir. 1 saat 10 dəqiqədən ibarət olan filmin Avropada yayımı gözlənilir. Filmdə şərq musiqisindən istifadə olunub.

Qeyd edək ki, film Xınalıq çobanlarının qışlağa çatması və xınalıqlı qoca nənənin nəvəsinə lay-lay deməsi ilə yekunlaşır.

Tarix
2014.01.27 / 16:23
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla