Yuxarı

Füzulinin 500 illik vəsiyyəti yerinə yetirildi - Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli azərbaycanlı şair Məhəmməd Füzulinin 500 illik vəsiyyəti yerinə yetirilib.

Şairin qəbrindən götürülən torpaqla hazırlanan səhənglə Məscidi Nəbəvidə İslam peyğəmbərinin qəbrinin olduğu yerin qapısına su tökülüb. Beləcə şairin peyğəmbərə həsr etdiyi "Su" qəsidəsində dediyi, "Dəstbusi arizusundan ölərsəm, dustlər, Kuzə eylin torpağım, sunun onunla yarə su". (Dostlar, əgər onun əlini öpmək arzusuyla ölsəm, Torpağımdan hazırlayacağınız səhənglə ona su verin) təmənnası yerinə yetirilib. ANS PRESS-in məlumatına görə, Füzulinin arzusunu Türkiyə Trabzon vilayətindəki "Cümhuriyyət Anadolu" litseyinin ədəbiyyat müəllimi Turqut Okutur və şagirdləri həyata keçiriblər.

Məlumata görə, Türkiyənin Bağdad səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşı olan Fatih Tamer Füzulinin qəbrindən götürdüyü torpağı ölkəsinə gətirib. Kütahya şəhərindəki dulusçu ustalar həmin torpaqla 2 səhəng hazırlayıblar.

Litseyin direktoru Həsən Suiçməz bu səhəngləri peyğəmbər qəbrinin olduğu Məscidi Nəbəviyə aparıb. Burda məscidin rəsmi şəxslərindən olan Seyyid Faris Əbu Mənsurun köməkliyi ilə Füzulinin ölüm ildönümü olan 11 yanvarda qəbrin olduğu məkanın qapısına su töküblər.

Müəllim və şagirdlərlə son əsrin ən maraqlı ədəbiyyat latyihələrindən birini həyata keçirdiklərini deyən Suiçməz bunu özləri üçün şərəf qəbul etdiklərini deyib.

"Türk-İslam dünyasının ən böyük şairinin təxminən 500 il əvvəlki vəsiyyətini yerinə yetirmə layihəsini həyata keçirmənin xöşbəxtliyini hiss edirik. Füzulinin vəsiyyətini yerinə yetirdik. Ümidvaram ki, onun ruhu rahatlığa qovuşub" (Anspress).

Tarix
2014.01.29 / 08:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla