Görkəmli musiqişünas,
bəstəkər, xalq artisti Eldar Mansurov özünün və Azərbaycan
Respublikasının xalq artisti, klassik muğamlarımızın mahir ifaçısı,
tarzən Bəhram Mansurovun yaradıcılığını əks etdirən arxiv
materiallarının bir nüsxəsini AMEA-nın Mərkəzi Elmi Kitabxanasına
bağışlayıb.
"Axar.az" xəbər verir ki, bunlar Aydın K.Əzimovun Eldar
Mansurova bağışladığı "Şur" muğamının ifa tərzləri və onların nota
alınması" toplusu, not yazısı Eldar Mansurova məxsus olan
"Azərbaycan dəraməd və rəngləri", özünün müəllifi olduğu "Simfonik
rəqsləri", simfonik orkestr üçün yazdığı "Simfoniya №4", kamera
orkestri üçün "Freskalar", 2 hissədən ibarət "Saqinamə", fortepiano
üçün yazdığı "Miniatürlər Rubato"nun nota köçürülmüş kitab və
kitabçaları, həmçinin 1995-ci ildə çap olunan "Muğam düşüncələrim"
adlı məqalələrdən ibarət kitabaları və görkəmli tarzən Bəhram
Mansurova aid olan Heydər Əliyev Fondu tərəfindən mahir tar
ifaçısının anadan olmasının 100 illiyinə həsr edilmiş "Mansurovlar"
kitabı, ustad tarzənin ifalarından götürülərək nota köçürülmüş
"Azərbaycan qədim el havaları", Mansurovlar ailəsinin layiqli
övladlarından biri, dövrünün sənət bilicisi, iş adamı, ziyalısı
Məşədi Süleyman Mansorovun yazdığı "Xatirələr" kitabını, görkəmli
musuqi xadimlərinin Bəhram Mansurov haqqında dediyi sözlər və
yaradıcılıq fəlaiyyətini əks etdirən fotoların yer aldığı
kitabçalardan ibarətdir.
Eldar Mansurovun fəaliyyətini bütövlükdə əks etdirən CD toplusu
və bütün yaradıcılığının elektron variantı da hədiyyələr
arasındadır.