Yuxarı

“Sağalmaz xəstəliyimi biləndə Zaur...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstəliyim haqda yaxınlarımdan başqa ilk bilən Zaur olmuşdu. O, Voroşilov küçəsindəki İqtisad Texnikumunda müəllim işləyirdi.

Axar.az xəbər verir ki, bu sözlər mərhum aktrisa Vəfa Fətullayevanın adına olan səhifədəndir. Aktrisa həmin səhifədə həyat yoldaşı və öz xəstəliyi ilə bağlı kədərli xatirələrindən də söz açıb:

"Tez-tez Zauru görmək üçün həmin küçədən keçirdim. Bir dəfə məni uzaqdan gördü, zarafatla "Vəfa, nə vaxtdan teatrın yolu buradan olub?" - dedi. Yaxınlaşdım, salamlaşıb dedi, tələsirəm, dərsim başlayır, İranı da götür, bazar günü sizə kabab qonaqlığı verəcəyəm. Dedim ki, dayan, sənə sözüm var. Soruşdu ki, nə olub? Dedim, bəlkə də bu bizim son görüşümüzdür. Mən xəstəyəm, Zaur.

Əhvalatı danışdım, inanmadı. Dedi, Vəfa, mənim Moskvada yaxşı həkim dostlarım var, istəyirsən, səni aparım, onlar müayinə etsinlər, bəlkə Bakıdakı həkimlər səhv edib? Dedim, yox Zaur, anamla Moskvada Nikolay Bloxinin yanında olmuşuq.

Zaurun rəngi ağarmışdı, əlləri əsirdi. Axı o, məni çox sevirdi. Məni aktrisa kimi qəbul etməyən Zaur sonralar mənim hər tamaşama gəlirdi və sanki məni bir daha görə bilməyəcəyindən çox qorxurdu. Sanki mənimlə vidalaşmağa gəlirdi.

"Leçkomissiya"da yatanda hər dəfə dəhlizdə ayaq səsləri eşidəndə tez özümü səliqəyə salırdım və düşünürdüm ki, indi qapı açılacaq, Zaur əlində bir dəstə qızılgül palataya daxil olacaq, həmişəki kimi gülləri güldana yox, mənə uzadacaq, sonra saçlarımı sığallayacaq, əllərimdən tutaraq, "Necəsən, Vəfa?" - deyəcək. Ancaq Zaur bircə dəfə də olsun yanıma gəlmədi. Gözlərim qapıda qalmışdı. Bütün bunlara baxmayaraq, o məni çox sevirdi. Bəlkə də məni bu vəziyyətdə görmək istəmirdi və ona görə də yanıma gəlmirdi. Bəlkə də məni utandırmaq istəmirdi. Bəlkə də məni belə görüb ağlamaqdan qorxurdu..."

Xatırladaq ki, əməkdar artist Vəfa xanım Fətullayeva uzun sürən xəstəlikdən sonra 21 may 1987-ci ildə, 42 yaşında vəfat edib.

Tarix
2016.01.10 / 10:30
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla