Yuxarı

Bu film Azərbaycanı dünyada təmsil edəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 26-dan martın 3-dək Çexiyanın Brno şəhərində keçiriləcək beşinci Cinema Mundi kinofestivalında Azərbaycan "Çölçü" filmi ilə təmsil olunacaq.

"Axar.az" xəbər verir ki, bu barədə APA-ya "Çölçü" filminin rejissoru Şamil Əliyev məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

"Çölçü" bədii filmi indiyədək 17 mötəbər beynəlxalq kinofestival və forumda iştirak edib, müxtəlif mükafatlara və diplomlara layiq görülüb. 2013-cü ildə "Humay" Milli Mükafatına layiq görülüb. Həmçinin, "Çölçü" 86-cı "Oskar" mükafatının siyahısında Azərbaycanı təmsil edib.

Tarix
2014.02.06 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla