Yuxarı

“Yer altından qeydlər” Oda zirzəmisində - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yer altından qeydlər” Oda zirzəmisində - Video

ODA teatrında F.M.Dostoyevskinin "Yeraltından qeydlər" əsəri əsasında "FRAQMENTLƏR" adlı tamaşa göstəriləcək.

Bu əsər Azərbaycanda ilk dəfədir ki, səhnələşdirilir. Biz də bu ilki nəzərə alıb həmin tamaşanın rejissoru və aktyoru olan Elvin Adıgözəllə söhbət etdik.

Oda teatrında bu əsəri səhnələşdirmək hansı tələbatdan doğub? Necə oldu ki, bu əsərə müraciət olundu? Axı Dostoyevskinin əsərlərini tamaşaya qoymaq o qədər də asan deyil. Bu suallarla müraciət etdiyimiz Elvin Adıgözəl "Axar.az"a bildirdi ki, bu ona problem yaratmayıb.

Oturacaqların sayına görə biletlərin qiyməti 10 manatdır

"2011-ci ildə mən "Yuğ" teatrında Qoqolun "Bir dəlinin xatirə dəftəri" adlı əsərini səhnələşdirmişəm. Orada mən həm rejissor idim, həm də aktyor... Ondan sonra qərar verdim ki, yenidən bir tamaşa hazırlayım, bunun üçün də müəyyən teatr anlaşmaları lazımdır. Ona görə də bu tamaşa üçün "Oda" teatrına müraciət etdim. Tamaşa Dostoyevskinin "Yer altından qeydlər" adlı əsəri əsasında hazırlanıb. Tamaşanın adı "Fraqmentlər"dir. Tamaşanın rejissoru da aktyoru da özüməm. Azərbaycanda Dostoyevskinin əsərləri tamaşaya qoyulanda həmişə problem olub, amma mənə heç bir çətinlik yaratmadı. Dostoyevskiyə çox az müraciət edirlər. "Yer altından qeydlər" əsəri ümumiyyətlə, tamaşaya qoyulmayıb. Əsər çox çətin əsərdir. Onu daha müasir zamana uyğunlaşdırmışam, yəni Dostoyevskinin o dövrünün tamaşası deyil.

Əsas məqsədim, istəyim Azərbaycanda sənətlə ictimaiyyətə ümumi nələrisə ötürmək, nələrisə öyrətməkdir. İnsanlarımız teatrla maraqlansınlar və gəlsinlər. Bu teatrı gənclər yaradıblar, onlara bir dəstəyim olsun istəyirəm, ona görə də bu tamaşanı orada qoymuşam. Hətta başqa teatrlarda da qoymaq imkanım var, istəsəm "Gənc tamaşaçılar", "Azdrama"da qoya bilərəm. "Oda" teatrında 20-nəfərlik oturacaq var. Oturacaqların sayına görə biletlərin qiyməti 10 (on) manatdır. Bu formada teatra dəstək oluram".

Qeyd edək ki, "Fraqmentlər" tamaşası martın 1-i və 2-si saat 19:00-da Oda Teatrında (Topçubaşov 38) nümayiş olunacaq.

Qiyməti 10 AZN-ə olan biletləri Yeraltı və Kibrit kitab kafesindən əldə etmək olar.

Tarix
2014.02.10 / 23:20
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla