Yuxarı

Kadırov zürafənin müdafiəsinə qalxdı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov zürafənin müdafiəsinə qalxdı - Foto

Çeçenistan lideri Ramzan Kadırov Danimarka zooparkında ölümünü gözləyən zürafəni xilas etmək istəyir.

Məlumata görə, bu barədə çeçen lider öz "Instagram"ında yazıb. Kadırov Kopenhagendə artıq öldürülmüş Marius adlı zürafənin şəkillərini yayaraq ona müşayiətedici sözlər əlavə edib.

O zürafənin öldürülməsini "qanlı şou" adlandırıb və yada salıb ki, bütün bunlar uşaqların gözü qarşısında baş verib. "Mən əminəm ki, humanist prinsiplərin daşıyıcısı olan demokratik cəmiyyətdə bu cür əməllərə yer olmamalıdır", - deyə siyasətçi bildirib. Kadırov "Yutlandiya-Park" zooparkının rəhbərliyinin onun təklifini qəbul edəcəyinə ümid etdiyini deyib. Onun sözlərinə görə, respublikada vəhşi heyvanların sayının artırılması üzrə proqram gerçəkləşdirilir və artıq maralların sayı min başa çatdırılıb.

"Yutlandiya-Park"da zürafənin öldürüləcəyi barədə xəbər fevralın 13-də yayılıb. Zürafə nəsil artıra bilmədiyindən öldürülür ki, qəfəsdə yeri boşaldılsın. Daha öncə, Kopenhagendə Marius adlı zürafə öldürülmüşdü və əti şirlərə verilmişdi (ANS).

Tarix
2014.02.14 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla