Yuxarı

Əliağa Vahid 119 yaşa çatdı – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliağa Vahid 119 yaşa çatdı – Video

Qəzəlxan, Azərbaycanın əməkdar incəsənət xadimi Əliağa Vahidin anadan olmasının 119 illiyidir.

"Axar.az" xəbər verir ki, 18 fevral 1895-ci ildə anadan olan Əliağa Vahid mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib.

Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

1965-ci ildə vəfat edib. Sənətkar haqqında rejissoru və ssenari müəllifi Şahmar Ələkbərovun olduğu "Qəzəlxan" filmi çəkilib.

​

Tarix
2014.02.18 / 10:24
Müəllif
Hüseyn
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla