Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Mart 2019


Bu yola ürəyimin açıqlığından düşmüşəm – 16+

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeganə Bağırova gənc şairələrimizdəndir. Müxtəlif mətbu orqanlarda imzası görünməkdədir. Şeirləri ilə oxucularının rəğbətini, sevgisini qazanıb. Amma şairə ilə etdiyimiz bu söhbət heç də onun yaradıcılığı haqda olmayacaq.

Biz onun həyatının oxucuları üçün qapalı olan tərəflərinə güzar edəcəyik. Saytımızda "Tanınmış xanım şairənin məşhurlarla sevgi xatirələri" yazımızdan sonra redaksiyamıza olunan müraciətlər imkan verdi ki, bu mövzunu davam etdirək. Şeirlərində içini, sevgisini etiraf edən Yeganə xanıma müsahibə üçün müraciət etdim, bir qədər fikirləşib:

- Əslində maraqlı olardı, niyə də olmasın, – dedi.

MƏNİ TANIYANLAR

Yeganə xanıma razılıq verdiyi üçün təşəkkürümü bildirdim və "müsahibədə səmimi ola biləcəksiz?" - deyə soruşdum.

- Yəqin ki… məni tanıyanlar həmişə səmimi olduğumu deyirlər.

Beləliklə, xanım şairənin incə duyğularını, sevgi xatirələrini vərəqləməyə başladım.

- Yeganə xanım, nə vaxtdan şeir yazırsız?

- Məktəb vaxtlarımdan desəm, həqiqətə daha uyğun olar.

- Nədən yazırdız o zamanlar?

- Elə indiki kimi, əsasən, sevgi şeirləri yazmışam. Nakam sevgi haqqında.

İÇİMDƏ BİR SEVGİ BOY ATIR

- O oxu daşa dəymiş sevgini yaşayanda neçə yaşınız vardı?

- O zaman 15 yaşım var idi. Bakıda, valideyinlərimlə yaşayırdım, bir də gördüm ki, içimdə bir sevgi boy atır.

- Bəs yeniyetmə qızın saqqızını oğurlayan kim idi?

- Siz məni çox keçmişə qaytardız... Düz 15 il əvvələ. Həmin oglan bizim qonşuluğumzda işləyirdi, təsadüfən tanış olmuşduq onunla.

- Yəni yaşda böyük idi də sizdən?

- Bəli.

BİZDƏ HEÇ NƏ ALINMADI

- Necə oldu bəs? Ürəyinizi aça bildinizmi?

- Təbii ki, açdım. O da məndən xoşlandığını bildirdi, amma aramızda yaş fərqi çox olduğu üçün bizdə heç nə alınmadı.

- Nə alınmalıydı ki? Məsələn, heç öpüşmədiniz də?

Fikrə gedir. Zərif bir ah çəkir:

- Xeyr, öpüşmədik.

YAMAN KÖVRƏLTİDİZ MƏNİ...

- Ax namərd Aruz! Sizi məyus edib. Amma yaman gec cavab verdiz… Xatirələrin ağuşundasız deyəsən?

- Gözümün önündən keçdi hər şey bir anlıq... yaman kövrəltdiz məni...

- Yəni unutdun da özünü, getdin o günlərin şirinliyinə. De, sevmək yaxşıdır, yoxsa sevilmək?

- Məncə, hər ikisi. Əgər sevgi qarşılıqlı olarsa, təbii ki, bu, daha yaxşıdır. İnsan sevərkən və sevilərkən yaşadığını anlayır.

- Demək, o hisslər, ilk nakam sevgini yaşadığınız adamla bağlı xatirələr

sizi hələ də tərk etməyib. Kövrəldiyinizi dediniz.

- Bəli. Axı insan ilk sevgisini, məhəbbətini necə unuda bilər?

BU YAŞIMA QƏDƏR ÜÇ DƏFƏ SEVMİŞƏM...

- Umumiyyətlə neçə dəfə sevmisən?

- Etiraf edim ki, bu yaşıma qədər üç dəfə sevmişəm. Hər üçü ilə də sevişmişəm.

- Bir dost, qadın olaraq istədiyinizi əldə edə bilmisizmi sevgililərinizdən?

- Fərqli olublar mənim üçün. Dünyaya baxışları, fikirəri və sairə. Amma hərəsində nə isə çatışmayıb...

MƏNƏ İLK SEVGİMİ O UNUTDURDU

- Sevdiyiz kişilərin içində həyat yoldaşın var?

- Bəli, ilk sevgimdən sonra onunla tanış olduq. Və həyatımda yeni səhifə açildı. O unutdurdu mənə ilk sevgimi. Bunun üçün də ona minnətdaram.

- Söz-söhbət gəzir ki, siz tanınmış şair Yafəs Türksəsin sevgilisisiz.

- Bəli, mən də eşitmişəm belə söhbətləri... Yafəs müəllimə şair kimi böyük hörmatim var. Mənim bugünkü ugurlarımda onun zəhməti böyükdür. Bu, danılmazdır.

O, BÜTÜN ŞEİRLƏRİNİ MƏNƏ HƏSR EDİR...

- Amma ortada sevgi söhbəti də var axı.

- Bəli, var. Bunu gizlətməyə luzum yoxdur. O məni sevir. Mən isə onun hisslərinə hörmətlə yanaşıram. Çünkü bizim yaş fərqimiz çoxdur. O, hətta bütün şeirlərini mənə həsr edir...

- Onun qadını var, uşaqlarının anası. Sən də anasan?

- Bəli mən də anayam. İlk vaxtlar onun sevgisini qəbul edə bilmirdim. Bayaq da qeyd etdiyim kimi, bizim yaş fərqimiz və dunya baxışlarımız tam fərqlidir. O mənə sevgisini ifadə edəndə pis oldum, ona çox kobud cavab verdim. Hətta mənə yazdıgı şeirlərə belə əks cavab yazdım:

Belə şairlərin 100 dənəsini,

Həyatda bir kərə sınamışam mən.

Bu qoca yaşında eşq istəyəni,

elə yerindəcə qınamışam mən.

O da cavab olaraq mənə yazdı ki:

Sən bir az cavansan, mən bir az qoca,

Qəribə dünyamız hamıdan uca.

Gəl, haçan səsləsəm gəl, uça-uça,

Gəlim haçan desən, qol aça-aça.

Sonralar isə onun əzab çəkdiyini görüb, bir az insafa gəldim. Bilirsiz, o, çox gözəl ailə başçısıdır, atadır, gözəl dostdur. Ən əsası isə səmimi insandır.

- Demək, ürəyinizin yumşaqlığından bu sevgiyə rəvac verdiz?

- Rəvac verdiz deyəndə ki?.. Anlayışla qarşıladım. Axı heç kəsi sevməməyə məcbur etmək olmaz. Bu insanın öz əlində deyil.

ONUN XANIMI MƏNƏ ZƏNG VURMUŞDU

- Doğrudur, amma birdən onun qadını qarşını kəsər, axı nüfuz sahibi olan xanımsız, artıq-əskik söz-söhbət və sair olar, heç düşünmədiz?

- Belə bir söhbət olmuşdu illər öncə. Onun xanımı mənə zəng vurmuşdu. Dedi ki, həyat yoldaşım səni sevir. Ondan uzaqlaşmağa çalış. Təbii, mən də cavab verdim ki, əlimdən gələni edirəm, amma buna nail ola bilmirəm. Bir ara telefon nömrəmi dəyişdim, yaşadığım evi dəyişdim, yenə xeyri olmadı. Gəlib məni tapdı.

- O sənin qulağına şeir pıçıldayır?

- Bəli, olur...

SABAH QARŞIMA ELƏSİ ÇIXAR Kİ...

- Bu Yafəsin qələbəsidir ki, sizi ovsunlayıb. Bəs hansısa kişiyə ürək qızdırardınız?

- Evli olarkən? Bilirsiniz, bu suala dəqiq cavab verə bilmərəm. Çünki həyatdır, hər şey ola bilər. Sabah məndən yaşca böyük elə bir insan qarşıma çıxar ki, özüm də bilmədən ona bağlanaram...

- Yaşlılara yaman ümid verirsiz...

Yeganə xanım şirin-şirin gülür.

- Gözəl gülüşünüz var, bəlkə bu gülüş elə sizin silahınızdır. Xalxın ailəli kişisini qoşma yazırmışsız kimi qəlibə salmısız…

- Bəlkə də... Məncə, insan qəfil tuş gəlir sevgiyə. Heç gözləmədiyi bir vaxtda. Bir vaxt onda ayılırsan ki, sevgi artıq alıb səni ağuşuna. Ya bir mənalı baxışa, ya bir xoş sözə, ya da məsum bir gülüşə vurulursan... Yəni nəsə mütləq bir səbəb olur.

MƏN ONUN YOLDAŞINI SEVMİRƏM Kİ…

- Dediniz Yafəs bəyin xanımı sizi tapdı. Səmimi deyin, hansı hissləri keçirtdiz? Onunla bir kişini paylaşmaqdan və onun kişisinə sahib olmaqdan qürur duyduz, yaxud peşmançılıq hissi?

- Tapdı, deyəndə ki, mənimlə telefonla danışdı. Mən də ona baş verən prosesi izah etdim. Sag olsun ki, üstümə gəlmədi, anlayışla qarşıladı. İkinci tərəfdən isə mən onun yoldaşını sevmirəm ki... onun yoldaşı məni sevir. Mən də anlayışlı bir insan kimi bu böyük sevgini qəbul edirəm. Və eyni zamanda da qürur duyuram. Hər bir xanım, məncə, belə bir ilahi sevgiylə sevilməyə layiqdir. O ki qaldı peşmançılıga, bəli, peşmançılıq hissi duyuram. Yalnız bir səbəbdən ki, məni sevən insan mənə görə əzab çəkir. Bunda da özümü günahkar bilirəm bəzən...

ONUN YERINDƏ OLSAM QƏBUL ETMƏZDIM

- Yeganə xanım, heç özünüzü bir anlıq onun xanımının yerində hiss etdinizmi? Yəni sizin yoldaşınız sizə xəyanət edir. Bu sizə görə sevgi, ona görə isə xəyanətdir axı.

- Təbii. İlk gündən özümü onun yerinə qoydum. Onun yerində olsaydım, belə bir şeyi qəbul etməzdim əsla. İkincisi isə, mən Yafəs Türksəsin ilk sevdiyi qadin deyiləm ki... Allah bilir neçəncisiyəm. Artıq xanımı da alışıb, məncə. Əlavə şərhə ehtiyac yoxdur. Yenə də son olaraq qeyd edirəm ki, mən onu sevmirəm. Sadəcə olaraq, məni sevən insanın hisslərinə hörmət edirəm! Yafəs bəy son üç ildə bütün yaradıcılığını mənə həsr edib. Onun bu uğurlarında zərrə qədər də olsa, rolum olubsa, türklər demişkən, nə mutlu bana.

- Həyatınızda sizin ən kövrək sevginiz hansı idi?

- İlk sevgim.

- 15 yaşınız olanda?

- Bəli.

- Sizə görə kişilərə hansı xüsisiyyətinə görə vurulmaq olar?

- Mənə görə, agıllı, savadlı, dünya görüşlü, qayğıkeş kişilər daima diqət mərkəzindədir...

- Ürəyindən ən çox hansı keçib, uşaqlarının atası ilə, yoxsa səni dəlicəsinə sevən birisi ilə yol yoldaşı olmaq?

- Artıq on bir ildir ki, məni dəlicəsinə sevən həyat yoldaşımla bərabərəm. Əsl sevgi nədirsə, biz onu yaşayırıq. Və onunla çox xoşbəxtəm.

ƏRİMİN BİLMƏSİNİN ÖNƏMİ YOXDUR

- Həyat yoldaşının sizin sevgi macəralarınızdan xəbəri varmı?

- Mənim sevgi macəram olmayıb ki... İlk sevgim olub, bu da hamının həyatında baş verən haldır. Onun bilib-bilməsinin bir önəmi yoxdur, məncə... Bir nakam sevgim olub, biri qarşılıqsız sevgi olub, yəni mən sevməmişəm, biri isə həyat yoldaşım.

- Sevməyə-sevməyə necə könül verdiz?

- Kimə? Əgər Yafəsi deyirsizsə, burada bir az mərhəmət də var...

- Yəni mərhətin olmasaydı, yazıqlığınız gəlməsəydi yaxına buraxmazdınız onu?

- Əsla yox!

BAŞIMA GƏLƏN ÜRƏYİYUMŞAQLIĞIMDAN GƏLİR

- İndi birdən bir nəfər də tapıldı və sizə yalvarıb-yaxardı, sizin də ürəyiniz yumşaq, "hə" deyərsiz?

- Onsuz da başıma nə gəlir, ürəyiyumşaqlığımdan gəlir də.

- Demək, məşhur məsəl var, onu sizə şamil etmək olar: "Mən bu yola ürəyimin açıqlığından düşmüşəm".

- Xeyr, mənə şamil etmək olmaz. Əgər bir dəfə bilərəkdən səhvə yol vermişəmsə, bu, çox şey demək deyil.

- Sizi yormadım ki? Yeri gəlmişkən, müsahibəni əriniz oxuyacaq?

- Xeyir, yormadınız. Çox xoş oldu sizinlə söhbət etmək. Məni keçmişə səyahətə apardız. Ərimi isə, deyə bilmərəm, oxuyacaq, ya yox... Hər halda, oxusa da problem olmaz mənim üçün. Bunu etiraf etmək özü bir jest və səmimilik tələb edir. Mən də yetərincə səmimi olmağa çalışdım…

Tarix
2014.05.03 / 15:29
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

Hafiz Hacıyevin ayaqqabısını "yamayan" pinəçi - Foto

Hafiz Hacıyevin geyim “aldığı” mağazadan - Reportaj

Babək necə məğlub edildi? - Ən məxfi fakt

“Rossiya 24”-də “Bakı barreli” - Video

Rəsul Rzanın qızı, Anarın bacısı nələr danışdı...

Ermənilərin işdən çıxartdığı Mətin axır ki, danışdı

Bu gün vəfat edən sənətkarımızla bağlı ağrılı fakt - Video

Bakıda Novruz yarmarkaları: qiymətlər necədir? – Reportaj

Prezidentdən İmanova: Sizə kim qadağa qoyub? – Video

Ad günü: Çəkirsən? Dayan gödəkcəmi çıxardım... - Video

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla