Yuxarı

Türkmanlar türk polisindən niyə narazıdır? – Fotolar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkmanlar türk polisindən niyə narazıdır? –

Taksim küçələrində dolaşarkən gözə dəyən çoxsaylı miqrantları görəndə insanın ağlına gələn ilk fikir bu olur: AB Türkiyəyə miqrantlara yardım üçün 2018-ci ilə qədər 3 milyard ayırmalı idi…

Vətənindən didərgin düşən qaçqınların vəziyyəti ürəkağrıdıcıdır. 20 yaşlı Zeynin sözlərinə görə, qaçqın kimi yaşamaq çox çətindir:

“Ərim Suriyada döyüşür, mən bura körpə övladımla gəlmişəm. Adiyyəti qurumlara müraciət edib övladım üçün yemək pulu istədim. Mənə dedilər ki, əgər bir övladım varsa, bu, mümkün deyil. Dövlətdən müavinət almaq üçün dörddən çox övladımın olması lazım imiş”.

Küçədə dilənən bu gözəl suriyalının sözlərinə görə, İstanbul polisi dilənən miqrantları bölməyə aparır və bu halın təkrarlanmaması üçün onları ciddi tənbeh edir.

Taksimdə iki azyaşlı qardaşı ilə salfet satan 20 yaşlı Məhəmmədin sözlərinə görə, onlar polisdən qaçmağa çalışır:

“Polis bizi görən kimi satdığımız salfetləri əlimizdən alır. Biz axı onlarla çörək pulu qazanırıq... Əslən Hələb türkmanlarıyıq. Məndən yalnız salfetləri alsalar da, kiçik qardaşlarımı tutanda qazandıqları pulları da müsadirə edirlər və onları “Çocuq şöbəsi”nə aparırlar”.

13 yaşlı İbrahim də İstanbul polisindən şikayətçidir:

“Polis məni görən kimi qaçıram. Yox əgər tutulsam, onlar satdığım məhsulları məndən alır və mən gecə evə əliboş qayıdası oluram”.

Qaçqınların bu şikayətlərindən sonra polisə yaxınlaşıb bu haqda məlumat almağa çalışdım. Bəyoğlu bələdiyyəsindən olan polislə söhbətim əsnasında bu işə polisin deyil, bələdiyyənin baxdığını aydınlaşdırdım.

Taksim meydanında rastlaşdığım bələdiyyə nümayəndəsi bu tendensiyanın təkcə suriyalılarla deyil, vergi ödəmədən satıcılıq edən hər kəsə aid olduğunu, dilənməyin qadağan edildiyini açıqladı:

“Burda insanlar hər satdığı məhsula görə vergi ödəmək məcburiyyətindədir. Əgər onların vergidən yayınmaqlarına göz yumsaq, vergi ödəyiciləri bizdən onlardan da vergi almamağımızı tələb edəcək. Qaçqın satıcıların məhsullarının əlindən alınmasında heç bir qanun pozuntusu yoxdur”.

Tarix
2017.09.21 / 08:00
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla