Yuxarı

Bolqarıstanda Bakı ilə bağlı reportaj yayımlandı - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolqarıstanda Bakı ilə bağlı reportaj yayımlandı - Foto

Bolqarıstan Milli radiosunun (BNR) ölkə səviyyəsində aparıcı radio yayım proqramı olan “BNR Horizont” proqramında “Hər şeydən öncə” verilişində Bakı şəhəri barədə reportaj yayımlanıb. Reportaj, həmçinin radionun rəsmi internet səhifəsində yerləşdirilib.

Axar.az xəbər verir ki, verilişdə Azərbaycanın nə üçün “Odlar Yurdu” adlandırıldığı barədə məlumat verilib. Asiya və Avropanın kəsişməsində yerləşən ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin, ənənələrin və dinlərin birləşdiyi qeyd olunub. Tarixin və gələcəyin qovuşduğu, müxtəlif mədəniyyətlərə məxsus elementlərin ahəngdar birləşdiyi Bakı şəhərində Şərqin köklü ənənələrinin və Qərb tərəqqisinin müasir imzasının vəhdətinə nail olunduğu bildirilib.

Çoxlu müasir binaların inşa olunduğu Bakının memarlıq baxımından gələcəyin şəhəri təəssüratı yaratdığı fikri səsləndirilib. Məşhur britaniyalı memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzinin valehedici memarlığına görə London Dizayn Muzeyinin mükafatına layiq görüldüyü qeyd olunub.

Reportajda neft və qaz resursları ilə zəngin Azərbaycanda mənəvi dəyərlərin qoruduğu vurğulanıb, memarlığımızın və mədəniyyətimizin incisi olan “İçərişəhər”, onun zəngin tarixi, buradakı qədim memarlıq abidələri barədə ətraflı məlumat verilib. “İçərişəhər” kompleksində yerləşən, Azərbaycan memarlığının inciləri hesab olunan Qız Qalası və Şirvanşahlar Sarayının YUNESKO-nun Ümumdünya İrsi Siyahına daxil olduqları dinləyicilərin diqqətinə çatdırılıb. Həmçinin Şirvanşahlar Sarayının tarixinə toxunulub və Qız Qalası ilə bağlı rəvayətdən bəhs olunub.

Sonda Azərbaycan xalçaları barədə məlumat verilib, onların təbii materiallardan hazırlandığı və özündə Azərbaycan xalqının milli adət-ənənələrini əks etdirdiyi vurğulanıb.

Tarix
2017.11.13 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla