Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxangelsk soyuq şəhərdir. Amma bu soyuqluğu heç hiss etmədik. Münasibətlər o qədər isti oldu ki... Səfərimiz Arxangelsk vilayətinin elan olunmasının 80 illiyi çərçivəsində Azərbaycan mədəniyyət günlərinin bağlanış tədbirlərinin keçirilməsinə dəvətli olmağımızla bağlı idi.

Bizi aeroportda Azərbaycan Diaspor Təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov qarşıladı. AzTV-nin əməkdaşı, jurnalist Tofiq Ağayev, Moskvada yaşayan şair Afaq Şıxlı, Əkbər Qoşalı və məni köhnə dostlar kimi qarşılayan diaspor sədri onu da əlavə etdi ki, gəlişinizlə istilik gətirmisiniz. Qar ara verdi, temperatur mənfi 3-ə qədər yüksəldi...

“Bakı” restoranında Azərbaycan icmasının nümayəndələrindən də bizlərlə görüşə gələnlər vardı. Çöhrələrdəki mehribanlıq sanki illərin doğması olmamızdan xəbər verirdi. “Bakı” restoranında özümüzü Bakıdakı kimi hiss etdik, restoran bütünlüklə bizə Azərbaycandan 4 min km uzaqda olmadığımızdan xəbər verirdi. Bütün aksesuarlar, dizayn, rəsm və divarların hörgüsü bizi sanki İçərişəhərə aparırdı. Restoranın personalı azərbaycanlılar idi.

Bir qədər qabağa gedərək qeyd edim ki, şəhərdə “Qız qalası”, “Abşeron”, “Tovuz”, “Ucar” adını daşıyan ictimai iaşə obyektləri də fəaliyyət göstərir.

Soydaşlarımız yer adlarımızı uzaq şimala gətirməklə sanki heç də vətəndən uzaq olmadıqlarını sərgiləyirlər...

Elə ilk gündən həmyerlilərimizin özlərinin və övladlarının əldə etdikləri uğurların istisinə sevindik. “Bakı” restoranının Rəsul adlı cəlilabadlı sahibinin məktəbli oğlunun futbol üzrə iki dəfə Arxangelsk çempionu olması ilə yanaşı, riyaziyyat üzrə olimpiadanın qalibi adına layiq görülməsini azərbaycanlılar özlərinin uğuruna sevinirmiş kimi sevinirlər. Səfərimiz zamanı azərbaycanlı uşaqlarda milli ruhun necə də böyük olması, dilimizə, adət-ənənəmizə bağlılıq çox mətləblərdən xəbər verirdi.
Tərlan müəllimlə söhbətimizdə onun şahidi olduq ki, soydaşlarımızın Vətəndən uzaqda yaşamalarına baxmayaraq, ürəkləri millətə, xalqa çox bağlıdır. Diasporun gördükləri iş ürəkaçandır. Müxtəlif tədbirlər, yarışlar, ədəbi-bədii, elmi konfranslar, musiqili-əyləncəli tədbirlər Azərbaycanın daha çox tanınmasına, ölkədən kənarda yaşayan insanımızın rifahının yüksəlməsinə xidmət edir. Digər respublikaların diaspor təşkilatları ilə müqayisədə daha fəal görünən diasporumuz Arxangelsk vilayətinin ictimai-siyasi həyatında da önəmli yerlərdən birini tutur. Amma narahatlıq gətirən şeylər də az deyil. Tərlan Qasımov bu haqda çox danışmaq istəməsə də hiss olunurdu ki, ondan və diasporun aktiv üzvlərindən asılı olmayan səbəblərdən bəzən işlərində ləngimələr olur.

Arxangelskdə Azərbaycan diasporunun təşkilatçılığı və dəstəyi ilə keçirilən Azərbaycan Mədəniyyət günləri bayram günlərinə təsadüf edirdi. Arxangelsk Quberniyasının yaranmasının 80 illiyi şəhərdə çox böyük bir bayramın gəlişindən xəbər verirdi.

Arxangelskdə müxtəlif görüşlərimiz oldu. SAFU-da (Severnıy Arktimeskiy Federalnıy Universitet), Dobrilyubov adına quberniyanın mərkəzi kitabxanasında, “Qonaq evi” muzeyində olan görüşlər Azərbaycan ədəbiyyatının, şeirinin, musiqisini təqdimatı idi desək, heç də yanılmarıq.

Tədbirə Azərbaycanın Sankt-Peterburqdakı konsulluğundan vitse-konsul Elçin Məmmədov qatılaraq, ölkəmizi rəsmi dövlət nümayəndəsi kimi təmsil etdi.

Arxangelskdə keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Arxangelsk şairlərinin şeirlərindən ibarət olan və iki dildə dərc olunan “Fəzanın cazibəsi” adlı almanaxın da təqdimatı keçirildi.

Azərbaycan diasporu özünün işini uğurla davam etdirir. Bu günlərdə onların səyi nəticəsində bir qrup nümayəndə Bakıda olacaq. İmişli rayonu ilə Arxangelsk şəhərinin qardaşlaşması istiqamətində bir çox iş görülüb.

Tərlan Qasımov quberniya rəhbərliyi ilə münasibətlərinin yüksək səviyyədə olduğunu deyir. Zatən, müşahidələrimiz də bunu deməyə əsas verir. Şəhərin axşam gəzintisi, tanışlığı zamanı “Reçvoqzal” (“Çay vağzalı”) adlanan ərazidə seyrək ağaclarla əhatələnmiş bir sahəyə gəlirik:

“Məktubla müraciət etmişik, istəyirik ki, bu yeri diaspora versinlər. Burda ümummilli liderin adına park salmaq niyyətimiz var, parkın girişinə Heydər Əliyevin büstünü qoyacağıq. Razılıq alınıb, qalıb rəsmiləşməsi”.

Azərbaycanlılara qarşı doğma münasibəti qubernatorun bayram günlərinin şərəfinə verdiyi böyük ziyafətdə də hiss etdik. Azərbaycan diasporunun Arxangelsk vilayətinin ictimai-siyasi həyatında rol oynamasından ağızdolusu, ürəklə bəhs olundu.

Tarix
2017.12.23 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Adamlar panikaya düşməsin deyə bunu gizlədirik - Reportaj

Xalq artisti ailəsi ilə bağlı dəhşətli faktları açdı - Müsahibə

Əmir Teymurun heyran qaldığı azərbaycanlı kim idi?

Guya Tağıyev babamı inandırıb ki... - Nağıyevin nəvəsi

Fili özündən çıxaran rus qadını və Bakıya gətirilən çaylar - Foto

AXC Türkiyə üçün nümunə oldu – Foto

Yayda Azərbaycanda harada dincəlmək olar?

Son çəkiliş: Speys TV bu verilişi niyə yayımdan qaldırdı? - Video

Prezident belə məsləhət gördü ki... - Rasizadə nələr danışdı?

Atam əsirlikdə olanda Rəsulzadə ilə görüşüb - İlham Rəhimov

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla