Yuxarı

“İlyas Əfəndiyev qoymadı Çaryev məni Moskvaya aparsın” - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İlyas Əfəndiyev qoymadı Çaryev məni Moskvaya aparsın” - Foto

Axar.az-ın "Əsrin o üzündən" layihəsinin qonağı Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi Amaliya Pənahovadır.

Faciəyə çevirmək lazım deyil...

- Amaliya xanım, necəsiz?

- Təşəkkür edirəm, siz yaxşı olun.

- Təəssüf ki, yaxşı ola bilmirik. Cəbhə xəttindən hər gün şəhid xəbərləri gəlir.

- Artıq 20 ildir şəhidlər var, bu, yeni söhbət deyil. Ölkə müharibə şəraitindədir, vaxtaşırı atışma da olur, şəhidlər də. Əslində, belə bir şəraitdə şəhidlər olmalıdır da. Allah şəhidlərimizin hər birimə rəhmət eləsin, məncə, bunu bir o qədər də faciəyə çevirmək lazım deyil.

"Döyüşən teatr"

- Sənətçilərimizdən heç birini şəhidlərin dəfnində görmədik...

- Bilirsiz, siz dəfn mərasimlərində iştirak edib-etməmək məsələsinə bir az səthi yanaşırsız. Başqasını demirəm, bizim Bakı Bələdiyyə teatrı 1993-cü ildən 2003-cü ilə qədər cəbhə bölgələrində olub. Döyüşlər gedəndə, hətta şəhidlərimizin meyitləri qar altından çıxarılanda biz Murov dağında olmuşuq. Bizi buna heç kəs məcbur etmirdi, bu addımı öz istəyimizlə atırdıq. Bunu nəzərə alaraq hərbçilərimiz də bizə "döyüşən teatr" adı vermişdi. Hətta Bakı Bələdiyyə teatrının 10 illiyində fəaliyyətimizlə bağlı bir hərbçi tərəfindən kitab yazılaraq bizə təqdim edildi.

Bu günlərdə dənizdə bir ailənin 3 övladı batdı, bəs bu, faciə deyil? İndi müharibədir də, hər şeyə hazır olmalıyıq. Müharibə varsa, müharibənin qəhrəmanı da, şəhidi də olacaq. Buna görə kimisə suçlamaq düzgün deyil.

- Bir vətənpərvər sənətçi kimi sizlərdən umurlar...

- Kimsə mənim barəmdə deyə bilməz ki, Amaliya Pənahova vətənpərvər deyil, vətənini sevmir, xalqına xidmət etmir. 17 yaşımdan bu xalqa xidmət edirəm. Qaldı ki dəfndə iştirak etməyə, adam tanıdığı adamın yasına gedər. Biz hansı ünvanı götürək, hara üz tutaq? Hərənin öz sahəsində sevinci də var, kədəri də. Biz də hər birimiz öz sahəmizdə vətənimizin rifahı naminə çalışırıq. Siz baxın, cənab prezident vətənimizi də, ordumuzu da çox gözəl təmsil edir. Sadəcə olaraq, məqamı gözləmək lazımdır. Elə Türkiyəni nümunə götürək, o qədər şəhid verdilər, amma bir damla da olsun göz yaşı tökmədilər. Prezidentimizin təcrübəsi bizdən daha yüksəkdir, o nə edəcəyini daha yaxşı bilir. Əlbəttə, bu dəqiqə biz məğlub tərəfik, amma məqamı gələndə torpaqlarımızı azad edəcəyik.

Qocalmağa vaxtım olmayıb

- Amaliya xanım, qazandığınız uğurlara və həmişəki gənc qaldığınıza görə kimə borclusuz?

- Mən başarılarımı yalnız özümə, mübarizliyimə, öz mətinliyimə, işgüzarlığıma borcluyam. Bilirsiz ki, bu il yaradıcılığımın 50 illiyi oldu. İlk dəfə olaraq Avropanın, dünyanın çox məşhur kino və teatr rejissoru, böyük bir sənətkar mənim iştirakımla tamaşa hazırladı, çox gözəl premyera oldu. Mən də bunu şamil elədim yaradıcılığımın 50 illiyinə. 50 elə-belə deyil, həmişə gündəmdə qalırsan. Tamaşaçı marağına səbəb olursan. 23 ildir ki, Bakı Bələdiyyə teatrının rəhbəri olaraq tamaşaçılarımızı sevindirirəm, bəlkə də buna görə qocalmağa heç vaxtım olmayıb.

- Estetik əmliyyat olunmağınız da cox səs-küyə səbəb olmuşdu...

- Keçən il Rusiyanın ORT kanalının sifarişi ilə 200 seriyalı filimə çəkildim, orda saç düzümünün, rənginin dəyişməsi tələb olunurdu. Bundan başqa, burda "Məhkumlar" filminə çəkilirdim. Yanvar ayında "Amal Film Prodakşn" yaratmışam və 3 gün əvvəl "Full movie bollywood"la müştərək "Avara" filmi çəkmək üçün müqavilə bağlamışıq. Yəni mən daim gündəmdə olduğumçün formada olmalıyam, özümə diqqət yetirməliyəm, təravətimi itirməməliyəm. Bu baxımdan da estetik əməliyyatlar çox normaldır. Amma görünür, hansısa nadan insanlar bu barədə danışmaqla özlərini gündəmə gətirmək istədilər.

Zanussinin iqamətgahında 20 gün məşq

- Yeni mövsümdə Bələdiyyə Teatrında hansı tamaşalar olacaq?

- İnişil Azərbaycan teatrı tarixində ilk dəfə olaraq beynəlxalq Cexov festivalında Qurban Səidin "Əli və Nino" tamaşası ilə uğurla çıxış etdik və diplom da aldıq. Bir ay sonra isə Ukraynada beynəlxalq teatr festivalında da çıxış edərək diplomla təltif edildik. Bu il də bizimçün çox böyük hadisə oldu, Polşada Zanussinin iqamətgahında 20 gün məşq etdik, daha sonra da 10 gün barda məşqlər davam etdi və mən premyeraya çıxdım. Çox böyük və uğurlu nümayiş oldu. Çoxdan idi ki, səhnəyə çıxmırdım, tamaşaçılar qarşısına çıxmağı özümə borc bildim və bu 50 illiyimə bir yekun oldu.

May ayında Elçinin Diaqnoz "D" tamaşasının premyerasını keçirdik, bizim sənətkarlar orda da çox böyük uğurla çıxış elədi və gözəl rəylər aldı. İndi mövsüm bitib. Mövsümün sonunda cənub bölgəsində, Cəlilabadda çıxış etdik, daha sonra Şəkidə qastrol səfərində olduq. İndi isə, bayaq qeyd etdiyim kimi, film çəkilişləri ilə bağlı hazırlıq gedir, sentyabrın sonlarından isə qastrol səfərlərinə gedəcəyik. Tamaşaların adlarını özüm demirəm, çünki deyən kimi başqa teatrlar da həmin tamaşalara müraciət edirlər. Sentyabrda isə Anarın "Qaravəlli" tamaşasıyla çıxış edəcəyik.

Nargilədən üzü belə

- Amaliya xanım, aktyorlardan ən çox hansını bəyənərsiz?

- Şəxsən ad çəkməyəcəm, amma ən tanınmamış bir sənətkar və yaxud da gənc, bizimki və ya xarici olsun, fərqi yoxdur, əgər o gözəl sənət nümunəsi göstərirsə, mən ona valeh oluram.

Ancaq öz müəllimlərimin adını çəkə bilərəm - mən fəxr edirəm ki, 5 il Adil İsgəndərovun tələbəsi olmuşam, bu müddətdə onun quruluş verdiyi 6 tamaşada baş rolda çıxış etmişəm.

18 yaşımda, gənc ikən Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımov teatra dəvət edərək mənə baş rol verib. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində Nargilə surətini yarada bildim və ilk tamaşamdan məşhurlaşdım, tamaşaçılar tərəfindən sevildim, televiziya ekranlarından düşmədim. Çox xoşbəxtəm ki, Əlisəttar Atakişiyev, Kamil Rüstəmbəyov, Əjdər İbrahimov, Eldar Quliyev kimi rejissorlarla çalışmışam.

İlyas Əfəndiyev qoymadı

- Eşitdiyimizə görə, o vaxt sizi Rusiyaya aparmaq istəyirmişlər...

- Hə, olub elə bir hadisə. 60-cı illərin əvvəllərində Moskvadan tanınmış rus rejissoru Mixail İvanoviç Çaryev gəlib tamaşamı gördükdən sonra məni Moskvaya aparmaq istədi, amma teatr rəhbərliyi və İlyas Əfəndiyev qoymadı gedim.

Xoşbəxtəm ki...

- Sizi nə xoşbəxt edir belə?

- Xoşbəxtəm ki, Zaqafqaziya beynəlxalq filim festivalında "Təhminə və Zaur" tamaşasında Təhminə roluna görə birinci yerə çıxdım, Zaur roluna görə isə Fuad Poladov.

Gürcüstanın böyük teatr xadimi Aleksidze və Ermənistanın məşhur rejissoru Kaplanyan mənimlə çalışmağı özlərinə böyük fərəh biliblər, məni iş birliyinə dəvət ediblər.

Dünyada məşhur olan Polşa rejissoru gəlib burda mənimlə tamaşa hazırladı və səhnədə çıxış edərkən bunu dedi: "Xoşbəxtəm ki, Amaliya Pənahova ilə çalışmışam, o dünya ulduzları ilə bir ayaqda gəldi, üstün oldu, zəif olmadı".

İlyas Əfəndiyev məxsusi olaraq mənim adıma pyeslər yazıb. Onun 15 tamaşasından 13-də çıxış etmişəm. Mənim zövqüm oynadığım tamaşalarımdan bilinir. Çəkildiyim bütün rollarımı sevirəm və hamısını böyük məhəbbətlə oynamışam. Bax, budur mənim xoşbəxtliyim.

Tarix
2014.08.11 / 11:20
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla