Yuxarı

Azərbaycanın Qarabağsız xəritəsi harda satılır? - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Bakıda turistlərə satılan suvenirdə Azərbaycan xəritəsinin Qarabağsız təsvir edilməsi geniş müzakirə mövzusuna çevrilib. Mədəniyyət və Turizm Nazirliyi məsələ ilə bağlı araşdırma aparıldığını açıqlasa da, hələlik, nəticə elan edilməyib.

Bu olay istər-istəməz bu sualı aktuallaşdırdı: Azərbaycanda turistlərə suvenir olaraq nə təklif edilir? Bu suvenirlərdə hansı mesajlar verilir?

Bakıdakı suvenirlər Pakistanda hazırlanır

Bakını turistlər üçün daha cəlbedici edən İçərişəhər həm də bu tip suvenirlərin daha çox təklif edildiyi yerdir. Biz də ora üz tutduq.

İçərişəhərdə olduğumuz müddətdə demək olar ki, bütün dükanlara yaxınlaşıb, satılan suvenirləri nəzərdən keçirdik. Lakin satıcıların çoxu mövzu ilə bağlı danışmaqdan imtina edərək, suvenirlərin fotolarını belə çəkməyə icazə vermədilər.

Adının çəkilməsini istəməyən bir satıcı bildirdi ki, dükanda 20-30 çeşiddə suvenir satılsa da, sosial medianın müzakirə mövzusu olan suvenirlə heç vaxt rastlaşmayıb:

“Bizim dükanda heç vaxt üzərində Qarabağın Azərbaycan ərazisi kimi təsvir edilmədiyi suvenir-xəritə satılmayıb. Ümumiyyətlə, burada satışda olan suvenirlərin çoxu Azərbaycanda yox, xaricdə istehsal olunur. Suvenirlərin dizaynı yerli şirkətlər tərəfindən verilsə də, onlar daha çox Pakistanda hazırlanır”.

Avropalı, ərəb, rus və digər turistlərin suvenir seçimindən danışan satıcı əlavə etdi ki, turistlər yerli məhsullar arasında kəlağayıya üstünlük verir.

Satıcı Rəna İbadova da Qarabağı Azərbaycan ərazisi kimi əks etdirməyən suvenirə rast gəlmədiyini bildirdi:

“Mən çalışdığım dükanda belə suvenir satışda olmayıb. Hədiyyə almaq üçün dükana gələn turistlər isə suvenirlərdən çox, dəvə yunu və ipəkdən toxunan şallara üstünlük verir. Yerli məhsullardan stəkanlar və kasalar da turistlərin diqqətini daha çox cəlb edir. Bu əşyaların üzərində Azərbaycanda hazırlandığını göstərən xüsusi qeydlər var”.

Turistlər nələr alır?

Suallarımızı cavablandıran tailandlı turist Ari Plin İçərişəhərdə olarkən vaxtaşırı suvenirlər aldığını bildirdi:

“Azərbaycanda artıq altıncı dəfədir səfərdəyəm. İçərişəhərdə suvenir mağazalarında gəzməyi sevirəm. Burada xüsusilə qadınlar üçün hazırlanmış şərflər diqqətimi çəkir. Hesab edirəm ki, əl işlərinin keyfiyyəti yüksəkdir. Buradan aldığım əşyaları Azərbaycandan xatirə kimi evimin bir küncündə saxlayıram. Sonuncu dəfə Bakının görünüşünü əks etdirən və üzərində maraqlı, rəngarəng işləmələr olan lövhə almışdım”.

Fransalı Rocid Komenko artıq ikinci dəfədir ki, Azərbaycanda olduğunu və Azərbaycan istehsalı olan xalçalarla maraqlandığını söylədi:

“Hazırda həmin xalçaların axtarışındayam. Bakıda səfərdə olan dostlarım da bu həftə ərzində 5-6 xalça alıb. Əgər həmin xalçalardan tapsam, özüm də alacam. İçərişəhərdə satılan suvenirlər çox gözəldir, lakin sizin xalçalar mənim maraq dairəmdədir. Xüsusilə qoyun yunundan və bir hissəsi ipəkdən olan Qarabağ, Quba xalçaları diqqətimi çəkir. Xalça Muzeyində olduğum zaman orada Qarabağ xalçalarını görüb bəyəndim və xüsusi sevgim də oradan yarandı”.

Qeyd edək ki, İçərişəhərdə baş çəkdiyimiz mağazaların heç birində Azərbaycanın xəritəsində Qarabağın təsviri olmayan suvenirlə rastlaşmadıq.

Tarix
2018.04.09 / 10:37
Müəllif
Leyla, Nərmin
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla