Bizim oxucu və tamaşaçı zövqümüzüm formalaşması çox vaxt
böyük yazıçı, illüstrator-rəssam, tərcüməçi və b.-larının uşaqları,
nəvə-nəticələrindən asılı olur. Məhz bu varislər nəyin harada və nə
qədər nəşr olunacağını təyin edirlər. Məhz onların sayəsində yeni,
əvvəllər heç yerdə çap olunmamış əsərlər, gündəlik və məktublar
ortaya çıxır. Məhz onların entuziazm və zəhmətkeşliyi doğma
yazıçıları, onların yubileylərini, haqqındakı xatirələri unudulmağa
qoymur.
Axar.az bu layihəsində oxucularına məşhur yazıçı, şair,
tərcüməçi və naşirlərin doğma övladları və bu, ya digər yolla
onların varisləri olmuş insanların taleyindən danışacaq.
Mayami. Ernest Hemiqueyin səkkiz nəvəsi yazıçnın kiçik oğlu,
transseksual Qloriyanın (uşaqlıqda Qreqori) ölümüündən sonra qalmış
7,5 milyon $ üstündə mübahisə edir. Məhkəmənin müəyyən edəcəyi əsas
məsələ isə çox ilginc idi - vəfat edən kişidir, yoxsa qadın? Bu
mühüm məsələ işin gedişini həll edə bilərdi, çünki miras uşaqlar və
Qreqorinin dul qalmış arvadı İda arasında bölüşdürülməli idi.
Nəvələr nikahın qanuniliyinə etiraz edirdilər, çünki Floridada
qanun eynicinslilərin nikahını tanımırdı. İda isə dəlil-sübutla
iddia edirdi ki, sonralar əməliyyat etdirib cinsini dəyişdirməsinə
baxmayaq o, ərə gedəndə Qreqori kişi idi və mirasa hüququ var.
Hər iki tərəfin vəkilləri mübahisənin məxfi detallarını
açıqlamırlar.
Qloriya Heminquey 2001-ci ildə Mayami həbsxanasının kamerasında
ürək-damar xəstəliyindən vəfat edir. Transseksual qadını ictimai
yerdə özünü ədəbsiz apardığına, qalmaqal saldığına və soyunduğuna
görə həbs etmişdilər.
Məşhur yazıçı Ernest Heminqueyin dörd evliliyindən üç oğlu olub:
Elizabet Hedli Riçardsondan Con Cek adlı bir və Polin Pfayferdən
Patrik və Qreqori adlı iki oğlu.
Yaıçının "Bambi" ləqəbli böyük oğlu Con Cek Heminquey
(1923-2000) yazıçı və ekoloq idi. O, Kanadanın Toronto şəhərində
doğulmuş, uşaqlığı Parisdə və Avstraliyanın Alp vilayətində
keçmişdi. Con İkinci dünya savaşında əsasən fransız müdafiəsi ilə
işləyən hərbi kəşfiyyat dəstəsində döyüşüb. 1944-cü ildə
yaralanaraq əsir düşür. 1945-ci ildə müttəfiq qoşunları tərəfindən
azad edilir və Qərbi Berlində qalır, sonra isə Parisə köçür.
1949-cu ildə burada Bayra Uytlessi ilə evlənir və bu evlilikdən üç
qızı olur: Coan "Maffit", Marqo Luizu və Meriel Hedli. Sonuncu
ikisi aktrisa və modelyer kimi məşhurlaşır. Conun üç qızından ikisi
hazırda yaşayır. Marqo isə 42 yaşında mərkəzi sinir sisteminə ağır
təsir göstərən barbiturat preparatını dozadan artıq qəbul
etdiyindən vəfat edib.
Con Cek "Bambi", sözün əsl mənasında, atasının ədəbi irsinə
yaxşı mənada sahib çıxır. Atasının sonuncu arvadı Meri Velş ilə
birlikdə Ernest Heminqueyin ən məşhur romanlarından biri olan
"Daima səninlə olan bayram" avtobioqrafik əsərini bitirir. Roman
yazıçının 20-ci illərdə Parisdə etdiyi qeydlər əsasında yazılıb.
Oğul öz kitablarını da yazır: o, "Atamla və atamsız həyatım" adlı
avtobioqrafik xatirələrin, eləcə də "Uçan balıqçının fəlakəti"
əsərlərinin müəllifidir. Sonuncu kitab Conun balıq tutmağa olan
sonsuz həvəs və marağı sayəsində yaranıb. O, balıq tutmaq üçün
dünyadakı ən məşhur və görkəmli yerləri gəzib və qeydlərini nəşr
etdirib.
Con Cek ürəyindəki əməliyyatdan sonra ağırlaşmalar nəticəsində
2000-ci ildə vəfat edib.
Patrik Heminquey 1928-ci ildə anadan olub. Uşaq vaxtı
valideynləri ilə tez-tez sayəhətə çıxardı. 1950-ci ildə Harvard
universitetini bitirib, tezliklə Şərqi Afrikaya köçür və ömrünün 25
ilindən çoxunu orada yaşayır. Patrik Tanzaniyada peşəkar iri quş
ovçusu kimi tanınır və on ildən artıq turistlər üçün safari
təşkilatçılığı üzrə bizneslə məşğul olur. 1960-cı ildə BMT-nin
təqdimatı ilə Tanzaniyada vəhşi təbiətin idarə edilməsi üzrə
kollecə müəllim təyin edilir və burada vəhşi təbiətin mühafizəsi
məsələləri ilə məşğul olur. Atasının Afrikdakı safari haqqında nəşr
olunmamış kitabını redaktə edərək 1999-cu ildə nəşrə hazırlayır və
"Sübhün həqiqəti" adı ilə çap etdirir. Patrik daha bir neçə kitabın
nəşrinə nail olur: "Afrikanın yaşıl təpələri" (1990), "Həyat
vadisi: böyük Afrika çalası" (1991), "Heminquey ovda" (2003),
"Heminquey müharibədə" (2003) və nəhayət, 2009-cu ildə təkrar nəşr
olunan "Daima səninlə olan bayram" kitabına "Ön söz". Atasının
həyatda olan yeganə birbaşa varisi kimi Patrik məşhur yazıçının
ədəbi irsini idarə edir.
Qreqori Henkok Heminquey (1931-2001) – yazıçının kiçik oğludur.
Bu insanın taleyi sözün bütün mənalarında əsl faciədir. O, uzun
müddət kolleci bitirib bir peşə sahibi ola bilmir. Çünki bir sıra
qüsurlu vərdişləri var idi: sərxoşluq, norkomaniya, psixi
pozğunluq, gizli transseksuallıq.
Ernest Heminquey oğlunun bütün bədbəxtliyində keşmiş arvadı –
Qreqorinin anası Polin Pfayferi günahlandırırdı. Xəstə olan Polin
Ernestlə telefonda dava etdikdən sonra böyrəküstü vəzində
adrenalinin kəskin artması nəticəsində həyatını itirir. Təbii ki,
Qreqori anasının ölümündə özünü günahlandırır (yəqin ki, mübahisə
onun barəsində olmuşdu), ancaq güc-bəla ilə tibb kollecini
bitirdikdən sonra bir həkim kimi atasını günahlandırır. Onlar uzun
müddət münasibət saxlamırlar, nadir hallardakı görüşləri isə hər
ikisinə də çox pis təsir edirdi. Yazıçının oğlunun dostlarının
fikrincə, məhz oğlunun gender problemini anlamaması və əslini
öyrənmək istəməməsi Qreqorinin psixi xəstəyə çevrilməsinə səbəb
oldu. Qreqori 1995-ci ildə qadına çevrilmək üçün əməliyyatlara
başlasa da, bu prosesi sona çatdıra bilmədi. Bununla belə o,
Qloriya Heminquey adı ilə qadın həbsxanasında vəfat edir.
Qeyri-normal həyat tərzinə baxmayaraq o, özündən sonra səkkiz övlad
və artıq xatırlatdığımız kimi, olduqca mürəkkəb ailəvi mülki iddia
mübahisəsi qoyub gedir.