Yuxarı

Adamlar panikaya düşməsin deyə bunu gizlədirik - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərdən belə ifadələr səslənir ki, zəlzələlərin olacağı barədə əvvəldən xəbərdarlıq edilmirsə və ya bunu proqnozlaşdırmaq mümkün deyilsə, bəs zəlzələlərin tədqiq edən qurumlar nə işlə məşğuldur? İyunun əvvəlində Zaqatalada 6 bal gücündə təkanlar baş verəndə zəlzələdən həyəcanlanaraq qan təzyiqi yüksələn 63 yaşlı Göyəm kənd sakini Soltan Qandaxov insult keçirərək vəfat etdi. İnsanların təşvişə düşməməsi üçün nədən gərginlik barədə ilkin xəbərlər ötürülmür?

Axar.az xəbər verir ki, bu suallara cavab üçün Teleqraf.com-un əməkdaşı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna baş çəkib.

Bizə zəng edəndə deyirik, şayiədir...

Zəlzələlərin dinamikası şöbəsinin müdiri Səbinə Kazımova hesab edir ki, insanların panikaya düşməməsi üçün zəlzələ ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmir. Onun sözlərinə görə, dəfələrlə insanlar zəng edib Bakıda zəlzələ olacağına dair xəbərlər eşitdiklərini deyirlər: “Biz hansısa ərazidə gərginliyin olduğu barədə məlumat toplayanda bu barədə direktorumuzu bilgiləndiririk. İnsanlar mərkəzimizə zəng edəndə isə onları sakitləşdiririk ki, heç bir narahatlığa əsas yoxdur, eşitdikləri sadəcə şayiədir”.

Büronun rəis müavini, sistem administratoru Ruqiyyə Kərimovanın sözlərinə görə, əvvəlcədən nə zaman, harada, hansı gücdə zəlzələ olacağını söyləmək mümkün deyil: “Mərkəzdə Yerin gərginliyi öyrənilir. Hansısa ərazidə gərginlik toplanırsa, il ərzində orada zəlzələ olacağı qaçılmazdır. Məsələn, Böyük Qafqaz regionu seysmoaktiv bölgədir və il boyu güclü zəlzələ baş verir. Deyə bilərik ki, Zaqatalada gərginlik yüksəlir, zəlzələ ola bilər. Ancaq onun günü, gücü barədə məlumat vermək mümkünsüzdür. Dünyada da bu cürdür.

Müəyyən proqnozlar verilir, amma on proqnozdan biri özünü təsdiqləyə bilər. Gərginlik parametrlərini hesablamaqla analiz aparılır. Hətta Yaponiya buna çalışır, amma zəlzələnin dəqiq hansı gündə və ya gücdə olacağını tapa bilmir”.

Son 3-4 ildə Saatlı və Ağdamda zəlzələlər artıb

Ruqiyyə Kərimova əlavə edib ki, Zaqatala-Balakən, Oğuz-Qəbələ, Şamaxı-İsmayıllı ən aktiv seysmik bölgələrdir: “Hətta Oğuzda 5,9 maqnitudası olan zəlzələ baş vermişdi. Amma son 3-4 ildə görürük ki, Saatlıda, Ağdamda da güclü zəlzələlər baş verdi. Xəzərin orta hissəsi də seysmoaktiv bölgədir”.

Rəis müavini qeyd edib ki, işğal altında olan Dağlıq Qarabağda stansiya olmasa belə, Naxçıvandakı 4 stansiya ilə işğal altındakı ərazilərdəki zəlzələ barədə analiz aparmaq mümkündür: “Orta Kür çökəkliyi aseysmik zona sayılır, orada güclü zəlzələ baş vermir. Amma keçən il noyabrın 15-də Ağdamda güclü zəlzələ oldu. Ola bilsin, orada gərginlik yığılmışdı, çünki 2015-ci ildə Saatlıda, sonra İmişlidə, ardınca da Ağdamda zəlzələ oldu”.

Əvvəllər seysmoloq 15 gündən bir əraziyə gedirdi

Ruqiyyə Kərimovanın sözlərinə görə, indi zəlzələnin hesablanması texnologiyası inkişaf edib: “Əvvəllər analoq stansiyalar vardı, maqnit lentlərdə zəlzələlər yazılırdı, sonra emal olunurdu. Onlayn rejimdə çalışmaq mümkün deyildi. Hər 15 gündən bir seysmoloq əraziyə gedirdi, kağızları barabandan çıxarıb maqnit lentlərini yuyub gətirirdi, sonra xətkeşlə hesablama aparılırdı.

Hazırda Qafqazda ən müasir stansiyalar bizdədir, ABŞ-ın “Kinemetriks” şirkətinin Antilopa proqramının ən müasir 5-6 versiyası istifadə olunur. Stansiyalar çox həssas olduğuna görə partlayışlar, sürüşmələr, palçıq vulkanları da qeyd olunur. Zəlzələləri müəyyənləşdirmək üçün Azərbaycan üzrə 35 rəqəmsal stansiya var ki, hər rayondan onlayn rejimdə məlumatlar daxil olur və emal edilir. İldə stansiyaların sayı çoxalır, gələn il 10 stansiya əlavə etməyi planlaşdırmışıq”.

Xəzərdə 3 seysmik stansiya quraşdırılacaq

Ruqiyyə Kərimova Xəzərdə zəlzələlərin dəniz kənarındakı stansiyalar əsasında müəyyənləşdirildiyini söyləyib:

“Dənizdə seysmik stansiya yoxdur. Hazırda dəniz qırağında, Nardaranda, Qobuda, Qalada stansiyalar qurulub. Xəzər dənizində 3 müasir seysmik stansiya quraşdırılacaq”.

Zəlzələlərin dinamikası şöbəsinin müdiri Səbinə Kazımovadan biz büroda olduğumuz vaxt real zamanda baş verən proseslər barədə danışmasını xahiş etdik.

Kompüterdə gördüyümüz kardioqram koordinatlarına bənzər işarəni göstərib bunun zəlzələ olub-olmadığını soruşduq. Səbinə Kazımova bunun Abşeron zonasında yerləşən Nardaran, Qala, Qobu stansiyalarından gələn dalğaların, bir sözlə, dənizin küyü olduğunu qeyd elədi: “Sistemdə filtrlər var, bir neçə dəfə istifadə olunanda küylər yoxsa çıxır, təkcə zəlzələlərin dalğası görünür. Real zamanda Xəzərdə heç bir aktivləşmə yoxdur, zəlzələ yazılmır, sadəcə küylərdir. Zəlzələ baş verəndə isə dalğaların amplitudası daha böyük olur, zəlzələ emal olunanda iki dalğa gəlir, əvvəlcə P, yəni birinci, sonra isə S dalğa qeyd olunur. 35 stansiyanın hər birində iki dalğa emal edildikdən sonra proqram zəlzələnin koordinatını, vaxtını, dərinliyini, maqnitudaları hesablayır.

Zəlzələlərin xətası olanda göy və qırmızı xətlə göstərilir, bu zaman bir neçə dəfə emal olunmalı və kataloqlar yaradılmalıdır. Zəlzələ olanda qırılmanın üzərində iki plitə tərpənir. Bu isə üç cür baş verir, əgər qırılıb qalxmadırsa, bir piltə yuxarı qalxır, ya qırılıb düşür, üçüncü halda yerdəyişmə olur. Zəlzələdən sonra bunu təyin edirik.

Zaqatala zəlzələsindən sonra soltərəfli yerdəyişmə qeydə alınıb, geodinamik şəraitdə gərilmə olub ki, nəticədə zəlzələ baş verib”.

Hər il 7 mindən çox zəlzələ olur

Şöbə müdirinin sözlərinə görə, zəlzələ baş verəndə ocaqda vaxtı, koordinatları, dərinliyi, gücü emal edərək parametrlər müəyyənləşdirilir: “Azərbaycanda hər il 7 mindən çox zəlzələ baş verir ki, onlardan 70-nin maqnitudası 3 və ya 3-dən yuxarıdır, 20-25 zəlzələ isə hiss olunan zəlzələlərdir”.

Səbinə Kazımova bildirib ki, Azərbaycandakı stansiyalar sərhəd ölkələrdəki, eləcə də qonşu Ermənistan, İran, Rusiya, Türkiyədə zəlzələləri emal etmək gücünə malikdir: “Zəlzələlər dünya üzrə qeyd edilsə də, ümumiləşdirilmiş sürət modeli hesablanır. Ölkə daxilindəki zəlzələlər geoloji tərkibin dəqiq öyrənilməsi üçün öz sürət modelimizlə dəqiq öyrənilir. Stansiyalar ərazini nə qədər çox əhatə etsə, o qədər dəqiq məlumat əldə etmək olar.

İran və Türkiyəyə baxanda stansiyalar bizdə birtərəflidir, əldə etdiyimiz məlumatı emal edib onlara göndəririk, onlar da bizim məlumatla öz analizlərini birləşdirib orta qiymət çıxarırlar. Bəzən olur ki, dünyada hansısa zəlzələ ilə bağlı 7 bal göstərilir, bizdə isə 7,1 və ya 7,2 görünür. Çünki bizim sistem düzgün alqoritmlə hesablayır”.

İşçilərimiz vertolyotla Zaqatalaya gedib...

Şöbə müdiri diqqətə çatdırıb ki, 24 GP stansiyası ilə blokların horizontal sürətlərini təyin edən şöbə də fəaliyyət göstərir: “Zəlzələlərin təyin edən laboratoriya buradır, kataloqlar yaradılır, ocaqdakı yerdəyişməni, gərginliyin toplanmasını ayrı-ayrı şöbələr araşdırır. Gərginliyi, zəlzələrinin parametrlərini, ocaqda olan mexanizmlə laboratoriyada müxtəlif proqramlarla tədqiq edilir. Ancaq zəlzələnin intensivliyi, yəni balın ölçülməsi üçün briqada hadisə yerinə yollanmalıdır. Məsələn, Zaqatalada zəlzələsi olanda işçilərimiz Fövqəladə Hallar Nazirliyinin vertolyotu ilə hadisə yerinə getdi, balı hesablayıb açıqladılar. Zəlzələnin binalara hansı təsiri göstərdiyini görmək lazımdır, bal o vəziyyətdə təyin edilir. Ancaq maqnituda bizim laboratoriyada hesablanır. Rixter, maqnituda zəlzələnin ocaqda olan gücüdür ki, biz hesablayırıq, ancaq bal, yəni intensivlik hadisə yerində bəlli olur. Bəzən yazırıq ki, ocaqda 6 bala qədər, ətraf bölgələrdə isə 4-5 bala qədər zəlzələ olub. Zəng edib soruşulur ki, zəlzələ necə hiss olundu, lüstr tərpəndimi, ev əşyaları düşübmü, makrosesysmik şöbələr bunu təyin edib məlumatı dəqiqləşdirirlər”.

Sonda öyrəndik ki, Zəlzələlərin Tədqiqatı Bürosunda Bakı Dövlət Universitetində Geologiya fakültəsinin “Seysmologiya və Yer təkinin fizikası”kafedrasının məzunları çalışır.

Tarix
2018.06.14 / 10:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla