Yuxarı

Aydın Xırdalanlı rəhmətə gedib, Vüqar isə mütrübdür

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ildə Azərbaycanda və Rusiya telekanallarında kifayət qədər məşhurluq qazanan meyxanaçı İntiqam və Ehtiram qardaşlarıyla görüşüb, səmimi bir söhbət etmək qərarına gəldik.

Söhbətimizin baş tutması üçün Ehtiramla birgə İntiqam bəyin Saray qəsəbəsində yerləşən, hazırda təmir işləri aparılan bağ evinə yollandıq. Bakı kəndlərinin ab-havasıyla dolu ortamda elədiyimiz söhbəti oxucalarımızın ixtiyarına veririk.

- Tı kto takoy?

- Rüstəmov İntiqam Fətullah oğlu. 1968-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. 1984-cü ildən meyxana sənətilə məşğul oluram. Orta təhsilliyəm.

- Rüstəmov Ehtiram Fətullah oğlu. Sumqayıtda dünyaya gəlmişəm. 1992-1993–cü illərdən meyxana sənətinə maraq göstərərək, bu günə qədər sənətimi davam etdirirəm. Ali təhsilim yoxdur.

Qazaxıstanın prezidenti bizi çağırdı

İntiqam: - Əvvəla onu deyim ki, "Davay, do svidaniya"nın uğurları tək bizim üçün olmadı. O bizim meyxana sənətinə böyük uğur gətirdi. Tanınmayan yerlərdə tanıtdıq meyxananı. İndi bu sənəti ölkəmizdən kənarda da tanıyırlar. Bizə isə şəraitimizi düzəltməyə maddi tərəfdən, məşhurluq tərəfdən böyük fayda verdi. Həmçinin də "Davay, do svidaniya" meyxana sənətinin möhürünü vurdu. Biz öz sənətimizi demək olar ki, dünyanın yarısına tanıtdıq.

Ehtiram: - Mən öz növbəmdə onu deyə bilərəm ki, bu meyxananın uğuru o qədər böyük oldu ki, bizi böyük dövlət başçıları dəvət elədi. Misalçün, Qazaxıstanın prezidenti Nazarbayev bizi çağırdı, Rasiyanın müxtəlif yüksək vəzifəli dövlət məmurlarının qəbulunda olduq, öz prezidentemizin qarşısında çıxış elədik.

İntiqam: - Bir sözlə, biz meyxananın yolunu açdıq. Qoy indi bacarırlarsa, gedib Rusiyada meyxana ilə çörək qazansınlar.

- Müxalifət qafiyənizi şüar etməsəydi...

Ehtiram: - Bizim siyasətə qarışacağımız yoxdu. O qafiyə müxalifətin şairi Abay tərəfindən şüar kimi səsləndirilib, o da bizdən götürüb. Ondan sonra "Yutub"da baxımı da çoxalıb. Milyonlarla insan baxdı o videoya, beləliklə, bizə diqqət artdı.

İntiqam: - "Tı kto takoy, davay, do svidaniya" elə sözlərdən qurulub ki, bu, rus xalqı üçün çox maraqlı deyim halını alıb. Məncə, müxalifətin mitinqində səsləndirilməsəydi də, bu meyxana gec-tez öz yerini tutacaqdı.

Pişiyin ağzı ətə çatmayanda...

Ehtiram: - Sizin saytınızda gedən yazıda Aydın Xırdalanlı deyib ki, "davay do svidaniya"da uğur yoxdur və onlara sənətkar deməzdim. Bilirsiniz necədi? Pişiyin əli ətə çatmayanda, deyər, iy verir. Ola bilər ki, Aydın bizim qazandığımız uğurlardan görməyib hələ. Belə də ki, Allah Aydına rəhmət eləsin...

İntiqam: - Aydın bizim meyxanalarla bəhrələnən şair olub. "Uğur gətirmədi" fikrini isə Aydın özü üçün deyir. Bütün dünya bilir ki, bu meyxana bizim sənətə necə uğur gətirib. O ki qaldı sənətkar deməyə, mən neynirəm Aydının bizə sənətkar deməsini? Bizə ağıllı-başlı adam sənətkar desin.

Vüqarın gözəl artistliyi var

İntiqam: - Maştağalı Vüqar da deyib ki, onlarda "uğur var, məhsul yoxdur". Mən belə cavab vermək istəyirəm ki, "artist" - rus sözüdür, bizim dilimizdəsə "mütrüb" deyirlər buna. Vüqar da İncəsənəti bitirib. Bir də Vüqar deyir ki, "qızıl fond"da yazılarım var. Vüqarın "qızıl fond"da nə yazısı ola bilər? Bəlkə, Azərbaycan haqda dediyi meyxana olar. Ümumən Vüqarın da meyxana sənətində böyük bir uğuru olmayıb. O, ancaq müğənnilərə qoşulub, nəsə yazıb, gündəmə gəlib.

Vüqar yaxşı teatr tamaşaları yaradır. Mən ona demişəm, qoy öz işiylə - artistliklə, mütrüblüklə davam eləsin. Belə işlər onda gözəl alınır. O, artıq bir-iki dəfə efirdə özü demişdi ki, mən meyxanadan uzaqlaşmışam. Mən səhnədə də fikir verirəm, onun gözəl artistliyi var. İncəsənəti qurtarıb da...

Aydından tər gedərdi...

İntiqam: - Mənim ən güclü gördüyüm şair - Ehtiramdır. Çünki Ehtiram gedib Rusiya telekanallarında meyxana deyib. Mənə elə gəlir ki, rus kanalına çıxıb orda iki kəlmə söz danışa biləcək şair Azərbaycanda yoxdur. Yəni dünyaya çıxış üçün Ehtiramdan güclüsü yoxdur. Ehtiram kazak dilində də meyxana deyə bilir.

Ehtiram: - Qazaxıstan prezidenti Nazarbayevin də qarşısında çıxış eləmişəm. Nazarbayev özü mənə dedi ki, kazak dilində də "kuplet" de. Mən tezbazar onların dilindəki sözləri düz-qoş eləyib dedim. Bunun özü də bir istedaddır. Bax, indi onun qabağında Aydın Xırdalanlı olsaydı, ayaqları tir-tir əsəcəkdi. Tər gedəcəkdi Aydından.

İntiqam: - Aydından onsuz da anadangəlmə tər gedir (gülür).

Ehtiram: - Fatihəəə...

Oqtayın meyxanadan başı çıxmır

Ehtiram: - Oqtay Kamil də deyib ki, onların meyxanasında qrammatik səhv var. Onu mən də bilirəm. Amma ki, Rusiyada telekanalın aparacısı İvan Urqant özü bizə dedi ki, siz bunu qrammatik desəniz, bizim üçün maraqsız olar. Oqtay özü də dostumuzdu, həmkarımızdı...

İntiqam:

- Mənim dostum deyil Oqtay. Mənim dostum, Tanya ilə gəzən Oqtay idi, "Makidon". O da qocalıb getdi. Oqtay Kamil heç öz dilimizdə dediyi meyxanalarda qrammatik qaydaları qorumur. Rus deyir, belə deyin. Oqtay rus dili bilir? Ondan soruşsan "myəqki znak" nədir, deyəcək - saqqız. Özü də, Oqtaya Samirəyə görə hörmət eləyirlər deyə, indi "xod" gedir. Təbii ki, son cümlə zarafatıydı. Amma mən onların da uğurlarına sevinirəm. Oqtay özü yaxşı meyxana deyəndi, amma yaxşı başı çıxmır meyxanadan.

Toy qiymətləri...

İntiqam: - Bakıya, rayonlara 2-3 minə, Rusiyadan olan dəvətlərə 10-15 minə gedirik. Dost-qardaşların toyuna havayı da gedirik. Özü orda versə də sağ olsun, verməsə də. Varlını da, kasıbı da nəzərə alırıq.

Biz YAP-ın üzvüyük!

Ehtiram: - Allah bizim prezidentimiz cənab İlham Əliyevə can sağlığı versin. O, çox gözəl insan, çox gözəl dövlət başçısıdır. Cənab prezidentimiz sağ olsun ki, bizim əziyyətimizi qiymətləndirdi. Biz də İntiqamla qərara gəldik ki, prezidentimizə bir klip həsr edək. İnşallah, bu yaxında efirlərdə də olacaq.

İntiqam: - Ölkəmizdəki bütün nailiyyətlər göz qabağındadır. Paytaxtımızı görəndə elə bilirsən ki, xarici dövlətdəsən. Biz klipimizdə də görülən işləri qeyd eləmişik. Bəzi şairlər hakimiyyətə qarşı yazılar yazsa da, o baxır hansı hakimiyyətə qarşı yazırsan. Əgər hakimiyyət gözəldirsə, ona qarşı pis nə yazmaq olar? Millət yaxşı da dolanır. Mən incəsənət xadimi kimi, şair kimi öz borcumu yerinə yetirib cənab prezidentimizə aid belə bir meyxana yaratmışam. Seçkilərdə də hər ikimiz cənab İlham Əliyevə səs verdik. Biz ikimiz də YAP-ın üzvüyük.

Yeniliklər

Ehtiram: - Gənc müğənnimiz Elnur Məmmədovla köhnə musiqimiz olan "Rəna" mahnısına musiqi ilə meyxananı sintez edərək yenilik gətirmişik. Kiyevdə bu musiqili meyxanaya klip çəkiləcək. Bundan əlavə, "çastuşka" ilə meyxananın sintezinə də İntiqamla birgə Nail Naiboğlunun rejssorluğu altında klipimiz çəkiləcək. Onu da qeyd edim ki, seçkilər öncəsi səkkiz dövlət tədbirinə dəvət almışdıq.

Axar.az-dan:

Bu, layihəmizin son yazısı idi. Necə deyərlər - "Davay, do svidaniya".

Tarix
2013.11.30 / 13:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla