Yuxarı

Öldürülən prezidentin tarixi anlaşması 40 il sonra üzə çıxdı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öldürülən prezidentin tarixi anlaşması 40 il sonra üzə çıxdı

Misirin keçmiş prezidenti Ənvər Sədatın ölümünə səbəb olan "Kemp Devid" müqaviləsinin gizli sənədləri 40 il sonra yayımlanıb.

Axar.az xəbər verir ki, gizli sənədlərdə Misir və İsrailin Qərbi İordan və Qəzza zolağında fələstinlilərə "tam muxtariyyət" verilməsi məsələsində razılaşdığı ortaya çıxıb.

Misirli mütəxəssislər Sədat tərəfindən aparılan və çox tənqid edilən "Kemp Devid" anlaşmasında fələstinlilərin xeyrinə əhəmiyyətli maddələr olduğunu, bunun ancaq bu günlərdə üzə çıxdığını bildirib. İsrail rəhbərliyi bölgə və beynəlxalq arenada baş verən prosesləri və ərəb ölkələrinin zəifliyini öz lehinə çevirib.

İsrail anlaşma imzalanandan 5 il sonra fələstinlilərə muxtariyyət verməli idi, ancaq Sədatın sui-qəsd nəticəsində öldürülməsindən sonra Təl-Əviv bu durumdan istifadə edib.

Misirli ekspertlər hesab edir ki, İsrailin müqavilələri pozması artıq normal qarşılanır. İsrail mühüm proseslərdən istifadə edib. Bunlardan biri İran-İraq müharibəsi, İraqın Küveyti işğal etməsi, digərləri isə Sovet İttifaqının dağılması, ABŞ-ın İraqı işğal etməsi və dünyanın birqütblü hala gəlməsidir.

Tarix
2018.09.23 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla