Ana səhifə Reportaj |
Layihənin qonağı Oqtay Kamildir.
Meyxanadan çıxan
ruzi
- Meyxana mənimçün həm gəlir mənbəyi, həm də həyatının ayrılmaz hissəsidir. Əvvəl sən sənətə xeyir gətirirsən, sonra sənət sənə.
Ucuz meyxanaçıları sevənlər çoxdur
- İndiki meyxana və meyxana
deyənlərlə bağlı fikirlərim həm yaxşı, həm pis. Yaxşı
tərəfi odur ki, meyxana sənəti üçün əlverişli imkanlar yaranıb. Pis
tərəfi isə odur ki, peşakarlıqdan uzaq olan meyxanaçılar da bu
imkanlardan istifadə edib xalqı ucuz meyxanalarla aldada bilirlər.
Təəssüflər olsun ki, belələrini də çox sayda sevənlər var.
Meyxanaçıya mütaliə lazımdırmı?
- Meyxanaçıların böyük əksəriyyəti savadsızdır.
Xoşagəlməz hal odur ki, nəinki meyxana deyənlər, ümumiyyətlə
gənclər bu dövrdə mütaliədən uzaqdırlar. Meyxanaçılara gəldikdə isə
onlar mütləq mütaliə etməlidirlər ki, söz bazası, fantaziya
yetərincə formalaşsın.
Özünün son oxuduğu
kitab
- Viktor Hüqonun "Səfillər"i.
Əsl meyxana qalıb kənarda
- Təbii ki, meyxananın müsiqinin müşayiəti ilə deyilməsi tarixiliyə
xələl gətirir. Amma musiqili meyxananı musiqi üzərində deyib,
meyxananın öz qanunlarını qorumaq şərtilə normal qaydada camaata
çatdıra bilirsənsə, gözəldir. Bir var, sənətə yenilik gətirmək, bir
də var, sənətin özünü yeniləşdirmək. İndi musiqili meyxanaya
təlabat o həddə çatıb ki, əsl meyxana qalıb kənarda.
Dövlət bizi maliyyələşdirsə
- Mən deyişmə tipli meyxanaların tərəfdarıyam. Çünki əsl sənət
odur. Düzdür, son zamanlar musiqili meyxanalara daha çox yer
ayırmışam. Təəssüf olsun ki, indi keyfiyyətli söz, mənalı fikir
tələb edən xiridarlar çox azdır. Biz də məcburuq ki, böyük
əksəriyyətin daha çox tələb etdiyi musiqili meyxanalardan deyək.
Əgər dövlət bizi maliyyələşdirsə, mən şəxsən musiqili meyxanalar
demərəm.
Musiqili meyxananın atası - Pərviz
Bülbüləli?..
- Yox, razı deyiləm. Musiqili meyxanalar ondan öncə də olub. Nümunə
üçün Nizami Rəmzini, Elçin Maştağalını və dostumuz Vüqar Abdulovu
göstərmək olar.
Pərvizin sənəti imkan vermir...
- Elşən Xəzərlə fars ritmi üstündə
olan dillərə düşən "Davay, bebe" adlı meyxanamızın "Davay,
dosvidaniya"dan qabaq olduğunu xiridarlar yaxşı bilir. Elə Pərviz
də bizim meyxananın uğur qazandığını görüb, bu ritmdən istifadə
etdi. Bir sözlə, Pərviz bu işdə ikincidir. Onun birinci olmağına
həm yaşı, həm sənəti imkan vermir.
Ehtiram-İntiqam qardaşları - uğur var, məhsul
yoxdur
- Sizə bir şey
deyim. "Davay, dosvidaniya" dillərə düşdüyü ərəfədə Rusiyada idim.
Yeni il ərəfəsi olduğuna görə bir çox restoranlarda şou-proqramlar
keçirilirdi və əksəriyyəti də İntiqam-Ehtiram qardaşlarını dəvət
etmişdi. Hətta yolun kənarındakı bir reklam lövhəsində şəkillərini
də gördüm. Bunu görəndə həm sevindim, həm kədərləndim. Sevindim ona
görə ki, bu iki insan bizim millətimizi təmsil edir. Kədərlənməyin
səbəbi isə odur ki, Vüqarın sözü ilə desək, Ehtiram və İntiqam
qardaşlarında uğur var, məhsul yoxdur. Onların rus dilində
dedikləri meyxanada qrammatik səhvlər var – baxmayaraq ki, özüm
ruscanı o səviyyədə bilmirəm. Misal üçün "odin raz çelavay, do
svidaniya" sətirini göstərmək olar. Orada "celavay" yox, "poçeluy"
olmalıdır. Çoxları mənə deyir ki, Ehtiramgil bu meyxananı əslində
məndən oğurlayıb. Ancaq elə deməzdim. Burda ciddi təsirlənmədən
söhbət gedə bilər.
Samirə ilə münasibətlərimiz olub
- Meyxana xanım üçün deyil.
Mügənni kimi tanınan Samirə xanımla qarşı-qarşıya dayanıb
meyxana demək ideyası isə "De, gəlsin" meyxana
yarışmasının aparıcısı Yusifdən gəldi. Samirə xanımla
barəmizdə dolaşan şayiələrə gəlincə, bu məsələni bir cümlə
ilə cavablandırmaq istəyirəm: Aramızda nə olubsa, dini qanunlardan
kənar olmayıb.
Seçkiyə getməyəcəm, çünki...
- Yox, mən seçkiyə getməyəcəyəm.
Çünki bitərəfəm. Hazırdaki hakimiyyətin nə lehinəyəm, nə də
əleyhinə. Çünki çox barışmadığım haqsızlıqlar var. Düşürəm ki,
möhtərəm cənab prezidentimizin baş verən bu haqsızlıqlardan xəbəri
yoxdur. Əks halda, bütün dövlət qurumlarında baş verən neqativ
hallar aradan qaldırılardı.
Meyxanaçı - İran filmində...
- Həmişə yenilik axtarışındayam. Hazırda, meyxanadan əlavə bir
kitab üzərində işləyirəm. Onu da deyim ki, üzərində işlədiyim
əsərin İranda film çəkilişi planlaşdırılır. Əgər baş tutsa, baş
rolda özüm olacağam.
Tarix
2013.10.18 / 11:16
|
Müəllif
Natiq Azəri
|