Yuxarı

Şaxta baba 915 uşağa 8 minlik hədiyyə apardı - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il bayramında Şaxta baba Quba və Qusarın ucqar dağ kəndlərində yaşayan 915 uşağa hədiyyə aparıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu il hədiyyələrin paylanmasına 8 könüllü qoşulub. Dekabrın 23-dən səfərə çıxan Şaxta babalar (könüllülər) iki qrupa bölünərək, ayrı-ayrı marşrutlar üzrə hərəkət ediblər.

“Şaxta baba ucqar kəndlərdə” layihəsi çərçivəsində Bakıda toplanan hədiyyələr 9 gün ərzində 35 ucqar kəndin balaca sakinlərinə təqdim olunub.

Artıq dördüncü ildir həyata keçirilən layihə ucqar kəndlərə, yüksək dağlıq ərazilərə və Qafqazın zirvələrinə xüsusi turlar, ekstremal səfərlər təşkil edən “Camping Azerbaijan” ekoturizm təşkilatı tərəfindən reallaşdırılır. Hədiyyə paylanılan ucqar yaşayış məntəqələri arasında Qubanın çətin relyefi ilə seçilən Girdah, Rük, Qarxun, Adur, Xınalıq, Bostankeş, Qalaxudat, eləcə də Qusarın Ləzə, Sudur və başqa kəndləri var.

Şaxta babalar uşaqları sevindirmək üçün 120 kilometrdən çox dağlıq yolu piyada qət ediblər.

Layihənin müəlliflərindən olan Elvin Məmmədsoy bildirib ki, aksiya çərçivəsində uşaqlara könüllülərdən toplanan 8 min manat dəyərində hədiyyələr paylanılıb. Nəqliyyat xərclərini isə layihəyə tərəfdaşlıq edən Azərbaycan Dövlət Turizm Agentliyi ödəyib.

Könüllülər dekabrın 31-də öz missiyalarını başa vuraraq Yeni ili Azərbaycanın ən ucqar yaşayış məntəqələrindən biri olan Qusarın Yergi Kek kəndində qarşılayıblar. Bu kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir.

Şaxta babanın balacalarla çəkilən fotolarını təqdim edirik:

Tarix
2019.01.05 / 11:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla