Yuxarı

Mənimlə anlaşmayan Həsənovla anlaşmalı olacaq - Nazir

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənimlə anlaşmayan Həsənovla anlaşmalı olacaq - Nazir

Axar.az Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri xarici işlər nazirləri Şurasının Moskvada keçirilən iclasında iştirak edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun ONA-ya müsahibəsini təqdin edir:

- Cənab nazir, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün yekunlarını necə qiymətləndirirsiniz? Nəzərə alsaq ki, bu görüş Dağlıq Qarabağla danışıqlar prosesində yaranan uzunmüddətli fasilədən sonra yüksək səviyyədə keçirilən ilk rəsmi görüş idi.

- Əslində Vyana görüşünün yekunları ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri, habelə Azərbaycan və Ermənistan rəhbərliyi adından yayılan birgə bəyanatda hər şey öz əksini tapıb. Əlavə olaraq onu deyə bilərəm ki, Vyana görüşündə Qarabağla bağlı danışıqlar prosesinin 3+2 formatında aparılması bir daha təsdiqləndi. Əsas nəticə budur. Cənab prezident də bu barədə öz çıxışlarında bildirib. Bu, onu göstərir ki, danışıqlar bundan sonra da bu formatda davam etdiriləcək. Gələn həftə Bakı və Yerevan eyni vaxtda nazirlərin görüşünün keçirilmə vaxtını elan edəcək. Moskvada keçiriləcək görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. Sergey Lavrov özü bu görüşdə iştirak etmək istəyir. Bu görüşdən sonra həmsədrlər regiona səfər edəcəklər.

- Vyana görüşündən qısa zaman keçəndən sonra Ermənistan müdafiə naziri David Tanoyan Nyu-Yorkda erməni diasporunun nümayəndələri ilə görüşündə sülh danışıqlarına zidd bəyanat səsləndirdi. Bu, Ermənistanın sülh danışıqları prosesindən imtina etməsi anlamına gəlmirmi, yaxud Yerevanın danışıqlar naminə danışıqlarda iştirak etməsi demək deyil?

- Vyana görüşü başa çatandan üç saat sonra Ermənistanın müdafiə naziri belə bir bəyanatla çıxış edib. Əslində bu gülməlidir. Bilirsiniz, mən bu məsələyə ayrıca toxunmaq istəyərdim. Deməli Ermənistan tərəfi bizdən qorxur. Bu, onu göstərir. Deyirlər ki, müharibə olsa, hücuma keçəcəyik. Əgər qorxursunuzsa, onda bu problemin üzərində işləyin. Biri var müdafiə olunasan, biri də var hücum edəsən. Tam fərqli-fərqli anlayışlardır. Əgər Ermənistan tərəfi müharibəyə hazırlaşmaq istəyirsə, bu onların mövqeyidir. Necə deyərlər, babalı Ermənistanın, Tanoyanın boynuna! Məncə, Tanoyan özünü saxlaya bilməyib və qorxusundan bu bəyanatı səsləndirib.

- Rusiya cəmiyyətində belə bir deyim var, Lavrovla anlaşmayan Şoyqu (Rusiyanın müdafiə naziri-red) ilə anlaşmalı olacaq. İndi bu deyimi Azərbaycanın Ermənistana qarşı münasibətində işlətmək olarmı?! Elmar Məmmədyarovla anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaqmı?

- Yəqin ki... Əlbəttə, müdafiə nazirimizdir.

Tarix
2019.04.06 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla