Yuxarı

Türklər Britaniya ordusunu darmadağın etdi - Tarixi zəfər

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün türklərin ingilislər üzərində qazandığı Kutul Amara zəfərinin 103-cü ildönümüdür.

Axar.az Avropa.info-ya istinadən xəbər verir ki, 1916-cı ildə İraqın Kut bölgəsində baş vermiş Kutul Amara savaşında Osmanlı Britaniya ordusunu ağır məğlubiyyətə uğradıb.

Savaş zamanı 40 min ingilis əsgəri öldürülüb, 13300 əsgər, 13 general və 481 zabit əsir götürülüb. Bu, ingilislərin təxminən 300 il sonra aldığı ən ağır məğlubiyyət idi.

Döyüşdən əvvəl ingilislər Bağdadı ələ keçirmək üçün Bəsrə körfəzindən hərəkət etdilər. Məqsəd bölgədə “qara qızıla” sahib olmaq idi. İngilislər strateji və iqtisadi üstünlüyə sahib olmaq üçün öncə Bağdadı ələ keçirmək istəyirdilər. Həmin vaxt Osmanlının nəzarətində olan Bağdada gedən ən önəmli nöqtə Kut şəhəri idi. İngilislər Kut şəhərini ələ keçirməklə Bağdada sahib olmağı planlaşdırırdılar.

Britaniya ordusu 1914-cü il noyabrın 3-də Bəsrə körfəzinə qoşun çıxardı. İki gün sonra Bəsrənin cənubunda yer alan, strateji əhəmiyyət daşıyan Fav yarımadasını ələ keçirdi. Osmanlı qoşunları isə Çanaqqala, Sarıqamış və Fələstin cəbhəsi boyu yayılmışdı. Buna görə ingilislərin Bəsrəyə yetişməsi çətin olmadı.

İngilis general Tovnşend Dəclə çayı boyunca yenidən hərəkət keçdi. Osmanlı qüvvələri Nurəddin bəyin komandanlığı altında savaşırdı. Hədəfləri Bağdadı ələ keçirmək olan ingilislər yol üzərindəki Kutul Amaranı işğal edəndə təqvim 1915-ci ilin payızını göstərirdi.

1915-ci il noyabrın 22-də Tovnşend Bağdaddan 30 kilometr uzaqlıqdakı Salmanıpak bölgəsində hücuma keçdi. Türk ordusunun komandanlığına alman marşal Qoltz paşa gətirildi. Salmanıpakda çoxlu sayda itki verən ingilislər Kutul Amaraya çəkildi. Osmanlı qüvvələri qalanı mühasirəyə aldı. Bu zaman türk ordusunun komandanlığı Xəlil paşaya tapşırıldı.

Türk ordusu mühasirəyə aldığı qalanın ətrafında güclü mövqe qurdu. Dəclə çayı istiqamətindən gəlməsi ehtimal edilən düşmən qoşunlarının qarşısının alınması üçün istehkamlar quruldu. General Tovnşendin ümidi tükənmək üzrəydi.

İngilis əsgərləri arasında xəstəlik və aclıq ordunun müqavimətini qırırdı. İngilis general təslimiyyəti qəbul edəcəkdi, lakin şərti vardı.

General əsir düşmək istəmədiyi üçün təslim olmasının əvəzində sərbəst buraxılmasını tələb edir, bunun əvəzində isə Xəlil paşanın özünə bir milyon sterlinq çek verəcəyini vəd edirdi. Bundan əlavə, əsgərlərin bütün silahlarını da Osmanlı ordusuna verəcəkdi.

Bu rüşvət təklifinə Xəlil paşanın reaksiyası sərt oldu. İlk təklifləri rədd edilən ingilislər ikinci təkliflərini irəli sürdülər. Təklifin yazıldığı məktubu Xəlil paşaya yetirən şəxs tanış idi – ərəbləri Osmanlıya qarşı üsyana qaldıran məşhur ingilis casusu Tomas Lourens. General bu dəfə 2 milyon sterlinq təklif edirdi. Bu təklif Xəlil paşanın gözündə yox hökmündə idi.

Aclıq və xəstəliklə yanaşı, ingilis ordusunun cəbbəxanasında silah və sursat da tükənirdi. 1916-cı il aprelin 29-da Tovnşend əlində olan silah-sursatları məhv edərək, təslim oldu.

Böyük Britaniya tarixinə ən ağır məğlubiyyətlərdən biri kimi düşən Kutul Amara savaşı ingilislərdə ruh düşkünlüyü yaratdı. Onlar uzun illər bu ağır məğlubiyyəti tarixdən silməyə çalışdılar.

Lakin 100 ildən bir qədər artıq vaxt keçməsinə baxmayaraq, Kutul Amara zəfəri hələ də böyük fəxarətlə xatırlanır.

Tarix
2019.04.29 / 17:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla