Yuxarı

Bu gündən Rəşadı göydə axtarın!

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gündən Rəşadı göydə axtarın!

Biz belə büsbütün, dopdolu qəhrəmanları, kirpiyindən dırnağına yaraşıqlı, baxışından, güvən verən gülüşündən xarizma süzülən şahinləri adətən xarici filmlərdə görmüşük.

Onlar səmanı gözlərində gəzdirir, günəşi əllərində isidir.

Anaları onları zirvələr üçün doğur ki, ölümləri ətəyi qana bulaşmış torpağın caynağından olmasın. Dəmir qanadlarına son sığalı məsum buludlar çəksin.

Tarix boyu insanın tapındığı bütün səma tanrıları ucalığın, cəsarətin, ədalətin rəmzi olub.

Elladanın səma tanrısı Zevs yer üzünün, hökmdarların, sivilizasiyaların qanunlarının yaradanı və keşikçisi sayılıb. Dünənə qədər Zevsin öpüb yer üzünə yolladığı övladları qartal və ildırım idi.

Bu gündən göy tanrısı Rəşadı da övladlığa götürdü.

Bu gündən Rəşadı səmada axtarın. Hər narahat ildırım Rəşadın dolan mavi gözləridir. Balası üçün darıxır.

Bu gündən tanrının da əli yetməyən yüksək zirvədə bir qartal yuva quracaq. Qanadları ulduzların arasında asudə rəqs edərkən bir gözündən həm atası, həm anası yuxu kimi töküləcək. O birindən sevgilisi ulduz kimi axacaq. Gecə yarı səmaya zillənən süd qoxulu ürəklərdən bir saf arzu keçəcək. Rəşadın gözündən qopan parlaq ulduz arzuları dartıb göyə qaldıracaq. Buludlarla yuyub aydınlığa çıxardacaq.

Bu gündən Rəşad adlı planet öz mərdliyi ətrafında dönəcək. Qərinələr keçəcək, simasını, özlüyünü itirənlər o planetdən mədət umub mənliyinə qovuşacaq.

Bu gündən analar zirvələr üçün mavi gözlü rəşadlar doğacaq. Torpağın uda-uda doymadığı kişiliyi onlar geri qaytaracaq.

Tarix
2019.08.24 / 21:09
Müəllif
Leyla Sarabi
Digər xəbərlər

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla