Yuxarı

Nazim Hikmətin rus qızlığından maraqlı xatirələr – Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazim Hikmətin rus qızlığından maraqlı xatirələr – Foto

Məşhur şair Nazim Hikmətin həyat yoldaşı Vera Tulyakovanın ilk həyat yoldaşından olan qızı Anna Stepanova sosial şəbəkədə şairlə bağlı xatirələrini bölüşüb.

Axar.az xəbər verir ki, şairə "Nazim dayı" deyə xitab etdiyini deyən Anna bununla bağlı belə bir xatirə də paylaşıb.

"Bir gün Moskvadakı Pesçanaya küçəsindəki evdə üçümüz mətbəxdə nahar edirdik. Birdən telefon zəng çaldı. Anam mətbəxdən çıxdı. Mən Nazimdən bir şey soruşmaq üçün həmişəki kimi "Nazim dayı" deyə xitab etdim. O isə anidən ciddi şəkildə "Anyuta, mənə "ata" deyərsənmi? Gəl, anandan soruşaq, bəlkə o, icazə verə", - dedi. Mən çox təəccübləndim və heç nə demədim".

Annanın bir atası var

Ananın danışdıqlarına görə, daha sonra Nazim mətbəxə qayıdan Veraya təklifini bəzi arqumentlər əlavə edərək dedi. Vera Nazimin təklifini kəskin səslə yarıda kəsərək belə deyib: "Anyutanın bir atası var". Və ailə bu mövzuya bir də heç vaxt qayıtmayıb.

Anna sözlərinə bunları da əlavə edib: "Anam sonra mənə Nazimlə mənim aramda niyə məsafə qoymağa çalışdığını izah elədi. Anam Nazimə olan sevgimin öz atamı unutduracağından narahatlıq keçirirdi. Məncə, haqlıydı və ədalətli olmağın tərəfdarı idi".

Oğlu üçün çox darıxırdı

Nazimin oğlu Məhmət üçün çox darıxdığını yazan Anna yazısına belə davam edib: "Məhmətin fotosu həmişə Nazimin otağındakı iş stolunun üzərində olurdu. Anam Nazim vəfat edəndən bir neçə il sonra o fotonu götürdü, çünki Məhmət Parisdə atası haqqında giley dolu yazılar yazmışdı. Dolayısı ilə Nazim məndən rusca "ata" sözünü eşitmək istəyirdi".

Veranın son təbəssümü

Anna Moskva ətrafında yaşayan nənəsi gildə qaldığını, həftə sonları Nazimlə Veranın yanına gəldiyini söyləyib.

Ölümündən bir neçə gün əvvəl anasının Nazimin hədiyyə etdiyi qızıl üzükləri çıxararaq Türkiyədən gətirilən özəl gümüş üzüyü taxdığını bildirən Anna belə deyib: "Anam bu üzüklə vəfat etdi. Başının üzərindəki çərçivədə isə ikisinin Parisdə çəkilən komik fotoları vardı".

Anasının ölümündən üç gün əvvəl Nazimin adını xatırlaya bilməyəndə uşaq kimi ağladığını deyən Anna Veranın son günlərini bu sözlərlə izah edib: "Anam heç danışmırdı, baş verənlərdən xəbəri yox idi. Nazimin nəyi olduğunu soruşanda anidən "unutdum, unutdum" deyib ağlamağa başladı. Mən dərhal vəziyyəti başa düşdüm və "onun adı Nazim Hikmətdir", - dedim. Vera bunu eşidəndə üzündən xoşbəxt olduğu hiss olundu. Bu, mənim anamla son söhbətim və onun Nazimlə bağlı üzünə qonan son təbəssüm oldu".

Tarix
2015.01.14 / 00:59
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla