Yuxarı

“Can-cana” mahnısı mənə üç yüz min pul qazandırıb”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Can-cana” mahnısı mənə üç yüz min pul qazandırıb”

"Toyxana" layihəsinin budəfəki qonağı "Can-cana" mahnısının ifaçısı Vüqar Rəhimlidir.

- Müğənni olaraq toylara dəvət çox alırsınız?

- Məni qane edir.

- Hansı məbləğə gedirsiniz?

- 2500-3000 arası.

- O məbləğə tək gedirsiniz, ya musiqiçilərlə?

- Tək.

- Toy bazarında özünüzə kimi rəqib görürsünüz?

- Nadir Qafarzadəni. Amma o mənə qarşı saymamazlıq edib.

- Nə olub ki?

- Eyni toya dəvət almışdıq və sıra mənə çatanda Nadir məni təqdim etmək istəmədi, guya özünə yaraşdırmadı.

Mənim mahnımı oxuyurlar

- Bəs sonra necə oldu, sizi təqdim etdi?

- Təbii ki, toy sahibinin təzyiqini görəndən sonra məni təqdim etməyə məcbur oldu.

- Başqa hansısa müğənni tərəfindən də bu cür halla üzləşməmisiniz?

- Vallah, hamısı ağız büzür, eyni zamanda mənim mahnımı oxuyurlar.

- Kim oxuyub?

- Elə Nadir Qafarzadə özü. Özünə yaraşdırmırdı, sonra toylarda, daha sonra isə efirdə oxumağa başladı.

- Münasibətiniz necə oldu?

- Münasibətim normal oldu, çünki istəmədin səs-küy olsun. Mən öz mədəniyyətimi qorudum. Bir müddət sonra Nadir özü "Maral" mahnısını oxudu və etiraf etdi ki, həqiqətən bu cür mahnılara tələbat var.

- "Can-cana" mahnısı sizə nə qədər pul qazandırıb indiyə qədər?

- (Düşünür)... "Can-cana" mənə üç yüz min manatdan çox pul qazandırıb.

- Bu gün müğənnilər üçün toy biznesdir, ya məktəb?

- Təhsil çox gözəl bir şeydir. Təhsil mütləq lazımdır, amma toyun da öz yeri var. Biznes baxımından yanaşsaq, elə bir müğənni yoxdur ki, toya getməsin.

- Təhsildən danışdınız. Vüqar Rəhimlinin özünün musiqi təhsili varmı?

- Uşaq vaxtından musiqi məktəbinə getmişəm, sonra vokalla məşğul olmuşam. Daha sonra isə muğamla məşğul oldum. Yaxın dostlarımın dəstəyi çox olub. Məhəmməd Kəngərli, Fərqan Arifoğlu və istedadlı şair Aydın Arslana böyük təşəkkürümü bildirirəm.

Nazim Faytonçunu bəyənmirəm

- Toya gedən həmkarlarınızdan kimi bəyənirsiniz?

- Manaf Ağayev, Əflatun Qubadov. Hər ikisinin şəxsiyyətinə, eyni zamanda sənətlərinə hörmətim var.

- Bəyənmədiyiniz kimdi bəs?

- Nazim Faytonçunu bəyənmirəm.

- Səbəbi?

- Eyni proqramda qonaq olmuşuq və mənim repertuarıma hörmətsizlik edib. Təbii ki, mən də cavabını verdim. Dedim ki, "Can-cana" mahnısı türk mahnısıdır, köhnə mahnı olsa belə, özümüzə aiddir -türk millətinə. Amma Faytonçu Nazim az qalır erməni dilində mahnı oxusun.

Tarix
2015.01.17 / 08:45
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla