Yuxarı

Abbasov prezident gətirilirdi, sonra isə… - Sensasion açıqlama

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihə idi.

Axar.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyevə geniş müsahibəsində deyib. R.Arifoğlu bildirib ki, prezident seçkisi (2013-cü il seçkisi nəzərdə tutulur – red.) vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı:

“Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu. Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər. Elə mübahisələrimiz də bu məqamlarda doğurdu. Biz deyirdik, axı, bu açıq-aşkar vətənə xəyanət layihəsidir. Buna imkan vermək olmaz. Layihəyə “ok” deyənlərinsə arqumenti bu idi ki, biz Rusiya vasitəsi ilə İlham Əliyevi devirək, iki illik koalision hökuməti quraq, məhz bu zaman xalqla birlikdə İbrahimbəyovu və digər Rusiya adamlarını devirib, bütün təşəbbüsü özümüz ələ alarıq… O zamanlar sonradan “Ərəb baharı” adlanan proses də Azərbaycana çox təsir edirdi, müəyyən ictimai fəallaşmalar var idi; liderlər düşünürdülər ki, 1988-92-ci illərdə Azərbaycanda və 2010-cu illərdə Ərəbistan yarımadasında olduğu kimi, məhz xalq hərəkatları vasitəsi ilə, küçə rıçaqlarını işə salaraq, hər şeyi tənzimləyə biləcəklər. “Rusiyanı Azərbaycandan biz qovmadıqmı, indi də onun adamlarını, Abbas Abbasovu qovarıq. Hələ bir İlham Əliyevi devirək…” Düşüncə, arqument və həm də təhlükə… bunlar idi”.

R.Arifoğlu bildirib ki, müşahidələri nəticəsində fərqli qənaət hasil edib:

“Gördüm və əmin oldum ki, İlham Əliyev Əli Kərimlidən, hətta müxalifətin bir çoxundan daha vətənpərvər liderdir. Bunu öncə, Vikiliks təlatümü zamanı da - məxfi sənədlər açılarkən, faktoloji olaraq görmüşdüm… Əli Kərimli və tərəfdarları isə hakimiyyət naminə hər şeyi – ölkəmizi belə, qurban etməyə hazır, qorxulu və güvənilməz bir dəstədir. Milli Şura layihəsi Azərbaycana çox baha başa gəldi. Mən prosesin görünməyən tərəflərindən də xəbərdaram, lakin çox şeyləri də deyə bilmirəm, az qala dövlət sirridir. Onu deyə bilərəm ki, İlham Əliyev hakimiyyətini və ölkədəki sabitliyi, hətta böyütmədən deyirəm, Azərbaycanı qorumaq üçün 2013-cü ildə bəzi qurbanlar verdi. O zaman yazırdıq ha, Rusiya Bakıya Xəzərdən gəmilərlə gəldi (girdi)… Bax, ondan danışıram… İlham Əliyev bacardı, Rusiya Milli Şuranı istifadə edib, bir küncə atdı, bəlkə bir daha da lazım oldu, deyə…”

Tarix
2019.09.27 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla