Yuxarı

Heydər Əliyevlə bağlı səhvlərə yol verdim - Arifoğlu

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə həmin zamanlardan (2005-ci il nəzərdə tutulur – red.) bir şeyi müşahidə etdim: Müxalifətin başını çəkən təkələr - liderlər bütün prosesi, sadəcə olaraq, batırırlar. Hətta mənə elə gəldi ki, bunu qəsdən edirlər.

Axar.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində deyib.

“2005-in 26 noyabrındakı o meydan təlxəkliyini yada salın. O zaman Əli Kərimliyə şahidlərin yanında şəxsən dedim ki, bu avantüraya getmə. Dedi ki, xarici jurnalistlər 27 noyabrdan sonra gedirlər, o zamana kimi kadrlara düşəcək nələrsə etməliyik… Etdilər. Meydana toplaşan müxalif güclərə bəyan olundu ki, fasiləsiz mitinqlərə başlayırıq, gecələrə də qalacağıq, çadırlar quracağıq. Sivil cizgidən kənara çıxdıq, xarici ölkə jurnalistlərinin kameralarına düşəcək görüntülər oldu, müxalifəti 5-6 dəqiqəyə döyüb, sürüyüb, meydandan atdı hökumət. Bununla da “sürünən etirazlar” dayandı, proses tormozlandı…” – R.Arifoğlu bildirib.

Onun sözlərinə görə, bu olaydan məyus olub və qəzetə daha çox bağlanıb:

“Azərbaycandakı siyasi liderlərlə bərabər iş görmək çox çətindi. Etibarsızdırlar, çoxlu siqaret çəkir və boş-boş saatlarla danışırlar. Hamısı, az istisnalarla, erroziyaya uğrayıb, üstəlik, “paslanıb”. Onlara söykənmək də olmaz…

Onları əvəzləyəcək güc də yoxdur; ictimai proseslərin sanki partiya seqmentinə dəxli yoxdur, yenilənməyə səbəb olmur, nədənsə…”

Rauf Arifoğlu bildirib ki, keçmişə nəzər salanda, mərhum Prezident Heydər Əliyevlə münasibətlərdə səhvlərə yol verdiyini görür:

“Sonrakı illər və indiki zaman da göstərir ki, mahiyyətcə Heydər Əliyev mənim iqtidara gətirmək istədiklərimdən daha ciddi demokrat imiş. “Çörəyi” demokratiya və söz azadlığından çıxan birisi kimi, belə bir siyasi lideri gücləndirmək əvəzinə, onun rəqiblərinin gücünü artırmışıq. Onunla qarşı tərəfdə olmaq, mübarizə aparmaq, ona qarşı fəaliyyət göstərməyin özü də çox maraqlı idi. Onun miqyası eləydi ki, çərçivələri geniş tuta bilirdi və bizdən, öz ölkəsinin müxalifətçi vətəndaşlarından çəkinmirdi. Bizə bütün imkanlar, şərait yaradılmışdı, yəni indiki ilə müqayisədə Heydər Əliyev dövrü ifrat demokratik dövr sayıla bilər. Efir canlı yayım konsepti ilə işləyirdi, xəbərlərdə senzlər az idi, ən əsası, efirdə tənqid vardı. Bu şəraitin, bu modelin müəllifi Heydər Əliyev idi…”

Rauf Arifoğlunun fikrincə, hazırda mediada bu model işləmir:

“Bugünkü Azərbaycanda qəzet idarə etmək, media rəhbəri olmaq çox çətindir. Heydər Əliyev dövrü ilə müqayisədə bu gün medianın sadəcə, imkanları genişlənib. İnternet sayəsində çox böyümüşük, multi-media seqmentinə aid layihələrimiz uğur qazanır. Arzularımızı, təxəyyüllərimizi ötüb keçən imkanlar açılıb – Feysbuk, Yutub platformalarında canlı yayınlar, verilişlər edirik, yüksək standartlarda saytlarımız var, xəbərlərimiz bütün dünyaya anındaca yayılır. Azərbaycanda internet azaddır, kim nə istəyir, yazır, çəkir, yayır…”

Buna baxmayaraq, o, tənqid imkanlarının məhdud olduğunu bildirib:

“Rəsmi efirdə, ümumiyyətlə tənqid yoxdu. Bir az yazılı mətbuat və onun üzərində qurulmuş yayın orqanlarında, konkretləşdirsək, “Yeni Müsavat” media qrupunda qalıb. Lakin mən də çox ehtiyatlı davranıram. “Özünüsenzura” əhdimizi və yaradıcılığımızı kəsib, biçir. Mən özüm köşə yazılarını minimuma endirmişəm. Doğrudur, məni heç kim sıxmır və hakimiyyət orqanları ilə çox mədəni münasibətlərim var. Lakin mən mövcud çərçivələri və sərhədləri görürəm – əhatə çox məhduddur. Belə bir durumda tiraj – IP saxlamaq çox çətindir. Hazırda tənqid “xarici mala” çevrilib. Ölkədə qadağandı, buna görə də xaricdən gəlir – bizim yerimizi və efirdəki tənqidin yerini bir baxın, görün, kimlər nələrlə doldurub? Ölkənin siyasətdəki və ictimaiyyətdəki dələduzlarının hamısı Yutubdadı; kanal açıb, söyürlər. Narazı elektorata çox səviyyəsiz məhsul təklif olunur. Lakin alternativi yoxdur və buna görə də hətta açıq söyüşlər söyən yutuberlər belə özünə auditoriya toplaya bilir”.

Tarix
2019.09.27 / 23:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla