Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 Yanvar 2020


Millət vəkili türklüyümüzə “söz atdı” – Tarixçinin cavabı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

ASDP sədri, millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən azərbaycanlıların milliyyəti ilə bağlı “ənənəvi mövqeyi” yenidən narazılıq yaradıb.

Deputatın xüsusilə Türkiyə türklərinin sarı, Azərbaycan türklərinin Hind-Avropa irqinə mənsub olmasını deməsi və bunu azərbaycanlıların türk olmaması kimi təqdim etməsi növbəti etiraz doğurub.

Məsələ ilə bağlı Axar.az-a danışan BDU-nun tarix fakültəsinin dosenti, antropoloq, tanınmış tarixçi Kərəm Məmmədov bildirib ki, A.Əlizadənin irqi təsnifatlar barədə məlumatı yoxdur.

“Hind-Avropa adında irq yoxdur. Hind-Avropa dil ailəsidir. İrqin adı Hind-Aralıq dənizi irqidir ki, bu irqin də müxtəlif qolları, antropoloji tipləri var. O qolların içərisində Azərbaycan türklərinin daxil olduğu irq “Oğuz irqi” adlanır. Oğuz xalqları hesab olunan türkmənlər və Azərbaycan türkləri eyni antropoloji tipə aiddir. Priney yarımadasından şərqə, bütün Şimali Afrika, Ön Asiya xalqları, indiki İran, Cənubi Qafqaz xalqlarının böyük bir qismi, əfqanların və pakistanlıların xeyli hissəsi, Hindistanın şimal bölgəsi eyni irqə aiddir. Bu irqi çox vaxt müxtəlif qollara ayırırlar. Qollardan biri də Oğuz irqidir. İndiyə kimi bu irq müxtəlif adlarla tanınıb. Məsələn, Kaspi, Aralıq dənizi, Xorasan və s. Bu tip ağ irqə məxsusdur və avropoid irqidir. Qədim türklərin əksəriyyəti də məhz ağ irqə məxsus olub. Bunu Sibir və Volqa ərazisindəki qazıntılar, aparılan araşdırmalar da sübut edir”.

Tarixçi bildirib ki, irqi tipin morfoloji xüsusiyyətlərinə görə, qədim türklər ensiz sifətli və uzun başlı olublar:
“Tapıntılar tək indiki Azərbaycan ərazisindən deyil, eyni zamanda Gürcüstandakı Santavro qəbiristanlığından aşkar edilib. Həmin qazıntılardakı tapıntılar baş və sifət quruluşuna görə, indiki Azərbaycan türkləri ilə eynilik təşkil edir. Son illər biz bunu dərsliklərdə Oğuz türkü kimi təqdim edirik. İrqi tipin ən qədim variantı isə eramızdan öncə 13-cü minilliyə aid edilən Qobustan insanlarıdır”.

K.Məmmədov millət vəkilinin Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda “qızıl müqabilində” döyüşməsi ilə bağlı iddialarına da cavab verib:

“Nuru Paşa hansı qızıl müqabilində döyüşüb? Niyə o qızılın miqdarı haqqında Araz bəy heç bir məlumat verməyib? Araz Əlizadə və bütün bu fikirdə olan şəxslər bilsin ki, Osmanlı döyüşçüləri heç vaxt muzdlu şəkildə döyüşlərdə iştirak etməyib. Belə ittihamlar boş və əsassızdır”.

Tarix
2019.11.01 / 08:00
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

İmanov, niyə ən pisi seçdiniz?

Medvedyevi “danışdıran” ilk azərbaycanlı: Qarabağ...

8 xəstəliyə meydan oxuyan 86 yaşlı təbib: İdman zərərlidir

Ziya Bünyadovun 26 il əvvəl “Pole Çudes”dəki - Videosu

Nərminin qətlində onun əli var... - Dəfndə yaşananlar

Erməni ordusunun polkovnikinin sərgüzəştləri...

Mirzoyanın məktubu: Türklər bunu edəcək, qoymayın!

Horadiz əməliyyatını təkrarlamaq üçün... - Keçmiş döyüşçü

Əvvəlki Gürcüstanı unudun! - Bahalı Tiflis

İlin ən yaddaqalan 5 hadisəsi - Foto

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla