Yuxarı

Cəmil Həsənli tərcümeyi-halında nəyi gizlədib?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının müsahibəsini təqdim edir:

- Milli Şuranın sədri Cəmil Həsənlinin BAXCP sədri Qüdrət Həsənquliyev haqda neqativ fikirlər səsləndirməsindən yəqin ki, xəbəriniz var...

- Əlbəttə. Cəmil Həsənli ağır şəkər xəstəsi kimi əlilliyə görə pensiyaçı olduğundan bir çox işlərə yaramır. Ona görə də kimə gəldi, söz atır. Yeri gəlmişkən, prezident seçkilərində əlilliyə görə pensiya almasını gizlədərək, rəsmi sənədlərə daxil etməmişdi və buna görə Əli Əhmədov tərəfindən ifşa olundu. Amma Cəmil Həsənlidən fərqli olaraq, Qüdrət bəy heç vaxt öz tərcümeyi-halını gizlətməyib.

- Sizcə, onun Qüdrət Həsənquliyevə qərəzinin səbəbi nədir?

- Çünki Qüdrət bəy Milli Məclisdə yaşından və statusundan utanmayaraq Siyavuş Novruzova ikrah doğuracaq səviyyədə yaltaqlanan bu adamın əsl kimliyini ictimaiyyətə açıqlayıb. C.Həsənlinin vəzifəyə təyin olunandan sonra təhsilin inkişafından ağızdolusu danışmasını hamı televiziyada seyr edib. Bu “kiçik maraq adamı” indi haqq-ədalətdən danışır.

Qüdrət bəy onunla bağlı onu tanıyanların bildiklərinin az bir qismini gənclərə açıqlayıb. Məsələn, deyib ki, xalq hərəkatı zamanı BDU-da AXC-nin İdarə Heyətinin üzvü olsa da, hamı bilirdi ki, o, mərhum rektor Mirabbas Qasımovun işverəni idi. AMİP-in üzvü olsa da, AXC hakimiyyətə gələn kimi oradan istefa verib, Əli Kərimlinin təqdimatı ilə Prezident Administrasiyasında vəzifə aldı. C.Həsənli Əli Kərimlinin qəbuluna gələrkən ona iyrənc formada yaltaqlanırmış. O, YAP-ın dəstəyi ilə deputat seçiləndən sonra Əli Kərimliyə və AXCP-yə tüpürərək oradan istefa verdi, gedib Milli Məclisdə oturdu.

Prezident seçkiləri zamanı Zahid Oruc ona dedi ki, axı, sən deputat olanda bütün digər millət vəkilləri kimi hər il mərhum prezident Heydər Əliyin qəbrini həm doğum, həm də anım günündə ziyarət edib, qəbrinin önünə gül dəstəsi qoyub, baş əymisən. İndi ona münasibətdə niyə belə tərbiyəsizlik edirsən?

Bu adam deputat olarkən övladına 7-ci mikrorayondakı “Cıdır” restoranında toy etdi. Toya az sayda hərəkatçı dost-tanışını çağırsa da, YAP-ın Milli Məclisdəki bütün rəhbərliyini ora dəvət etmişdi. Qüdrət bəy prezident seçkilərində ona sual verdi ki, sən iqtidar təmsilçilərinin sifariş etdiyi kitablarında Heydər Əliyevi öymüsən, İlham Əliyev haqqında yazmısan ki, onu liderliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib. Yazdıqlarınla indi dediklərin arasındakı ziddiyyəti necə izah edə bilərsən? Boğazı qurudu, bir söz deyə bilmədi.

- Cəmil Həsənli deyir ki, deputat olanda da bəzi şəxsləri tənqid edib.

- O özünü öyür ki, deputat olanda Baş prokuror Zakir Qaralovun əleyhinə Milli Məclisdə çıxış edib. Özünə müxalifətçi deyən bu adam korrupsiyaya görə məhkum olunmuş sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin əlaltısı olub, onun hüquqlarını müdafiə edib. O, elə Fərhad Əliyevə görə Zakir Qaralovun əleyhinə danışmışdı.

- Sevinc Osmanqızı da Qüdrət Həsənquliyev haqqında müəyyən fikirlər səsləndirib...

- Bu qadın hətta ABŞ-a köçəndən sonra da iqtidara işləyib. Onun CNN kanalında Birinci xanım, Azərbaycanda neft bumu, Oğuz-Bakı su kəməri barədə və başqa reportajlarını heç kim yaddaşlardan silə bilməz. Neft pullarının Azərbaycan xalqının mənafeyi üçün xərcləndiyini tərənnüm edən bu xanım indiki əməllərinə görə utanmaq əvəzinə, Qüdrət bəyin fəaliyyətinə kölgə salmağa çalışır. Qüdrət bəy Milli Məclisdə həmişə şəhid ailələrinin, qaçqınların, Qarabağ əlillərinin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi barədə məsələ qaldırıb. Pensiyaların, müəllim və həkimlərin əmək haqqının artırılmasını təklif edib. Uşaqların çəkisinin az, görmə qabiliyyətinin pis olmasını, boyunun azalmasını hökumətin diqqətinə çatdırıb, uşaq pullarının verilməsinin zəruriliyindən danışıb.

- Q.Həsənquliyevi bir başqa qadın - Gültəkin Hacıbəyli də tənqid edib.

- Hə, Gültəkin Hacıbəyli də Qüdrət bəyə böhtan atdı, mən də Qüdrət bəyin çıxışını təkrar çap etdim. Onlar xalqa nəyin qarşılığında əvvəllər iqtidarı belə təriflədikləri barədə izahat vermək əvəzinə, iqtidardan hesabat istəyirlər. Xalq heç vaxt iqtidardan qovulmuşlara əhəmiyyət verməyib və verməyəcək. Biz isə onları ifşa etməkdə davam edəcəyik.

Tarix
2019.12.09 / 11:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla