Yuxarı

Erməniləri qorxuya salan nazirimiz: qətl və yalanlar...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə İstanbulun mərkəzində görkəmli siyasi xadim, Azərbaycan Demokratik Respublikasının Daxili İşlər naziri (1918) Behbud xan Cavanşirin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Erməni mediası özlərinə məxsus formada tarixi təhrif edərək, növbəti dəfə uydurma məqalə dərc ediblər. Onların iddiasına görə guya Behbud xan Cavanşir 1918-ci ildə Bakıda "həyata keçirilən" uydurma erməni qırğınının müəllifi olub.

Axar.az Behbud xan Cavanşirlə bağlı Azərbaycan, Türkiyə və Ermənistan arxivlərinə istinadən hazırlanmış məqaləni təqdim edir:

"Ermənilərin Bakıda qırğını" deyirsiniz? Arxiv məlumatlarında isə erməni quldur dəstələrinin insanları diri-diri torpağa basdırdıqları, amansızcasına qətlə yetirdikləri, yaşlı insanları və uşaqları məscidlərdə yandırdıqları yazılıb. Bakının Təzəpir məscidinin həyətində erməni quldurları meyitləri üst-üstə yığaraq, tonqal qalayıblar.

Ləzgi tarixçisi və şairi Müzəffər Məlikməmmədovun “Qanlı dərə” kitabında qeyd olunduğu kimi, Azərbaycanın təkcə şimal rayonlarında 8000-dən çox silahlı erməni quldurunun iştirakı ilə dörd dəfə qanlı hücum təşkil edilib.

Ermənistan DİN-in arxivindən: "Daşnaklar Azərbaycanda özlərinə muxtariyyət yaratmaq istəyirdilər. Ancaq yerli əhali və özünümüdafiə dəstələri ermənilərin planlarının həyata keçməsinə imkan vermədilər. Bu da müharibəyə gətirib çıxardı, qısa zamanda 16 mindən çox yerli əhali həlak oldu, erməni dəstələri isə məğlub oldular".

O zaman Behbud xan Cavanşir nazir idi və 1918-ci ilin sentyabrında o, türk ordusu ilə birlikdə erməni quldurlarına qarşı mübarizə aparırdı. Məhz həmin dövrdən etibarən demək olar ki, bütün ermənilər Behbud xandan qorxmağa başladılar. O, erməni quldurların bir nömrəli düşməni idi.

Terror aktı

Politoloq Əli Hacızadənin "1915 - Osmanlı dosyesi" adlı kitabında o zaman baş verən hadisələr dəqiqliklə təsvir olunub:

"Azərbaycanlı diplomatları və onların ailələrini qətlə yetirən, Avropa, ABŞ və Yaxın Şərqdə mülki obyektləri partladan erməni terrorçuları və qatilləri sıravi ermənilər üçün milli qəhrəmanlara və qürur obyektlərinə çevrilirlər. Terrorçuların növbəti hədəfi "bir nömrəli düşmən" – Behbud xan Cavanşir idi.

18 iyul 1921-ci il. İstanbul. Behbud xan ailəsi ilə birlikdə parkda gəzirdi. Behbud xana yaxınlaşan arıq bir kişi silahı çıxararaq ona atəş açdı. Ölümündən öncə Behbud xan "Mənim şəxsi düşmənim yoxdur, məni ermənilər qətlə yetirdi", - sözlərini dedi.

Qatil Daşnaksütyun terror təşkilatının üzvü Misak Torlakyan idi. İkinci Dünya müharibəsi zamanı Torlakyan bir çox erməni terrorçusu kimi nasistlərə qoşularaq Ermənistan legionunun sıralarında Vermaxta xidmət edib, casusluq, terror və təxribatçılıqla məşğul olub. Məhkəmədə o, bunu Behbud xanın guya Bakıda “erməni qırğını”na rəhbərlik etdiyi və Torlakyanın ailəsinin qəddarcasına qətlə yetirildiyinə cavab olaraq törətdiyini bildirib.

Lakin sonradan Torlakyanın həyasızcasına yalan danışdığı məlum olub. O, Osmanlı İmperiyasının Trabzon vilayətində doğulub və böyüyüb. Müəyyən edilib ki, onun nə ailəsi, nə də özü Azərbaycanda yaşayıb.

Terrorçu Torlakyanın məhkəmə işində də ədalətsizlik olub. Belə ki, prokuror ölüm hökmü tələbini irəli sürüb. Lakin 24 saat ərzində həmin prokuror geri çağırılıb və onun yerinə təyin olunan prokuror bəraət hökmü çıxarıb. Beləliklə, Behbud xan Cavanşirin qatili bəraət qazanıb.

Prosesdə iştirak edən ermənilər açıq şəkildə terrorçunu milli qəhrəman adlandırırdılar. “XX əsrin prosesi” adı almış məhkəmə işinin gedişinə nüfuzlu havadarların müdaxilə etməsi nəticəsində cinayət cəzasız qaldı.

Bu hadisəni “Avropa məhkəməsi tarixində qara ləkə” də adlandırmaq olar. Şübhəsiz ki, ayrı-ayrı terror hadisələrinə və terrorçulara bu cür liberal yanaşma nəinki terrorun qarşısının alınmasına, əksinə onun yayılaraq qlobal miqyaslı ciddi bir problemə çevrilməsinə səbəb olub.

Tarix
2019.12.19 / 20:47
Müəllif
Əli, Vüsal
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla